16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/12/2017 HXRA - 20 il


Bakı, 15 dekabr, AZƏRTAC

Qan deyəndə müharibə, yaddaş, qohumluq əlaqələri, hərdən də xəstələr yada düşür. Hemofiliya qanda laxtalanmanın olmaması xəstəliyidir. Hazırda dünyada həmin xəstəlikdən əziyyət çəkən 400 mindən çox xəstə var. Ölkəmizdə isə hazırda 1548 nəfər hemofiliya xəstəsi kimi qeydiyyata düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 20 illiyi münasibətilə keçirilən hesabat konfransında ətraflı söhbət gedib. Konfransı assosiasiyanın ictimaiyyətlə əlaqələr üzrə əlaqələndiricisi Vüqar Tarıverdiyev açaraq keçilmiş yolun ayrı-ayrı mərhələləri, qarşıya çıxan problemlər, onların dəf olma mexanizmi, əldə edilən uğurlar barədə məlumat verib.

Assosiasiyanın sədri Gülnarə Hüseynova "Azərbaycanda hemofiliyanın tarixi" barədə məruzə ilə çıxış edib. O, ötən əsrin 70-ci illərində yaşadığı ailənin üzləşdiyi bu problemin 80-ci illərin axırlarında özünün həyatında təzədən təkrar olunduğunu, həmin xəstəliyin məhrumiyyətləri, o vaxt bu sahədə kifayət qədər məlumat və bilginin olmaması, müalicə çətinliyi barədə danışıb və bütün bunların hemofiliya xəstəliyindən əziyyət çəkənlərə kömək etmək məqsədilə assosiasiya yaradılmasına gətirib çıxardığını söyləyib. O, “krallar xəstəliyi” adlandırılan hemofiliyanın yaratdığı fəsadlar, xəstələrin dərmanla təminatı, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması, ölkəmizin 44 rayon və şəhərində mərkəzi xəstəxanalarda çoxprofilli tibb işçiləri üçün keçirilən seminarlardan, xarici ölkələrə ezamiyyətlərdən və xaricdən dəvət edilən mütəxəssislərin xəstələrə göstərdiyi tibbi xidmətdən bəhs edib. Sonra o, tədbir iştirakçılarını İctimai Televiziyanın hemofiliyalı xəstələr haqqında çəkdiyi filmə baxmağa dəvət edib.

Filmin nümayişindən sonra çıxış edən Hemofiliyalı Xəstələr Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov "Hemofiliya: dünən, bu gün və sabah" mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, son 20 ildə hemofiliyalı xəstələr ilə əlaqədar 582 dəfə Səhiyyə Nazirliyinə müraciət edilib, xarici ölkələrdən 38 mütəxəssis dəvət olunub. Həmin müddətdə 45 rayonda hemofiliya xəstəsi olan 785 ailəyə baş çəkilib, xəstələr üçün 223 müxtəlif teatr, konsert, ekskursiya, idman yarışı və digər mədəni tədbirlər təşkil edilib. Onun verdiyi məlumata görə, 63 rayonda irsi qan xəstəlikləri kabinəsi yaradılıb.

“Biz qocalırıq, xəstəliklər isə cavanlaşır”, - deyə çıxışına başlayan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 il ərzində assosiasiyanın göstərdiyi fəaliyyəti müsbət qiymətləndirib və bu sahədə dövlət qayğısından danışıb. O, yeni qəbul olunan “İnklüziv təhsil haqqında” Qanunun bu sahədə çox mühüm yenilik və dövlət qayğısı olduğunu söyləyərək deyib: “Bu gün arabada gəzən hemofiliya xəstəsi də özünü xoşbəxt hesab edə bilər, çünki onun ətrafında biz varıq, onu qayğı ilə əhatə edən cəmiyyət var”.

Sonra o, təmsil etdiyi təşkilat adından assosiasiyanın sədri Gülnarə Hüseynovaya Fəxri Fərman və xatirə medalı təqdim edib.

  

Daha sonra konfransda “İrəli” Gənclər İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Hemofiliyalı Xəstələr Assosiasiyasının sosial məsələlər üzrə əlaqələndiricisi Nurəddin Abdullayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli  və valideyn Vüsalə Əkbərova çıxış edərək xəstəlikdən əziyyətə çəkənlərə donor xidmətindən, bu sahədə vacib olan qanvermə aksiyalarının keçirilməsinin vacibliyindən, habelə onları digər qayğı ilə əhatə etməyin vacibliyindən danışıblar.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1983 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!