20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/12/2017 Quba Günərzi Qayğı Mərkəzi


Quba Günərzi Qayğı Mərkəzində çətin həyat şəraitində olan uşaqlara və

ailələrə səmərəli xidmət göstərilmişdir

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədilə “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarına müvafiq olaraq, 2013-cü ildən ölkəmizdə sosial xidmət sahələri üzrə sifarişlərin verilməsinə başlanılıb.  

 Təqdirəlayiq haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları (QHT) tərəfindən uşaqlara günərzi qayğı xidmətlərin göstərilməsi istiqamətində müxtəlif sosial xidmət sifarişləri icra olunub.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən yaradılmış Quba Günərzi Qayğı Mərkəzi də öz fəaliyyətini 2017-ci ildə də uğurla davam etdirib.

Əsas məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsindən ibarət olan bu Mərkəzin fəaliyyəti BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına uyğun olaraq, uşaqların əsas maraqları, ayrı-seçkiliyə yol verilməməsi, sağlam, təhlükəsiz mühitdə yaşamaq və inkişaf etmək, uşağın ailə mühitində, valideynləri və ya digər qanuni nümayəndələri ilə birgə yaşaması, uşağın rəyinin nəzərə alınması kimi prinsiplərə əsaslanır.

Mərkəzdə çətin həyat şəraitində olan 30 uşağa gün ərzində müxtəlif sosial xidmətlər göstərilib. Mərkəzdə məktəbəqədər və məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb və buraya tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar, daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilib.

Mərkəzə cəlb olunmuş uşaqlar gündə yeməklə və yataqla təmin ediliblər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə ixtisaslı işçi heyət məşğul olunub.

Mərkəzdə uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edilib, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olunub, müxtəlif təlimlər həyata keçirilib və onların asudə vaxtlarının səmərəli təşkil üzrə tədbirlər görülüb. Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları, əyləncəli oyunlar və bayram tədbirlərində uşaqlar böyük həvəslə iştirak ediblər. Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılıb.

Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilib, onların bilik və bacarıqlarının artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Ötən dövrdə təşkilatımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi, Quba Rayon İcra Haimiyyəti, Təhsil Şöbəsi, Uşaq Poliklinikası və s. qurumlarla sıx əməkdaşlıq edib.

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1757 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib