16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/1/2018 Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi


Abşeronda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib

Abşeronda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib


Abşeron Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi təşkil edilib. 

Sumqayıt Regional Mədəniyyət Tuzm idarəsinin Abşeron rayon şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində olublar.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov Abşeron rayon İcra Hakimiyyətinini başçısı İradə Gülməmmədovanın adından Sosial Xidmət Müəssisəsinin kolektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. İ.Manafov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verib, bu günün əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, dövlətimizin imkanları genişləndikcə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və qayğı da artır.

Sosial Xidmət Müəssisəsinin rəhbəri Pərvanə Səfərova uşaqlara göstərilən diqqət qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirərək bu kimi tədbirlərin yeniyetmələrin yadında uzun müddət qaldığını və onların cəmiyyətə adaptasiyasına müsbət təsir etdiyini qeyd edib. 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün keçirilən şənlikdə digər çıxış edənlər əlamətdar bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Şən musiqinin müşayəti ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı İradə Gülməmmədovanın adından uşaqlara bayram payları paylanılıb.

Şamo Əliyev

 

Davud RƏHİMLİ

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1903 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!