17 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/1/2018 AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib


25.01.2018 14:05

AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya Komitəsinin nümayəndələri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və KİV nümayəndələri iştirak edib.

Dəyirmi masada institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə çıxış edərək rəhbərlik etdiyi qurumun fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması məsələsini daima gündəmdə saxladığını, müvafiq elmi-tədqiqat işləri apardığını, həmçinin bu istiqamətdə qanunvericilik təşəbbüsləri ilə çıxış etdiklərini söyləyib.

A.Mustafazadə ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığı, iş yerləri ilə təmin olunmasının vacibliyini vurğulayıb. O, sözügedən məsələlərin həllini tapmasında cəmiyyətin hər bir fərdinin yaxından iştirak etməsinin önəminə toxunub, o cümlədən əlillərə qarşı insanların münasibətinin dəyişməsinin zəruriliyini qeyd edib.

Alim bu istiqamətdə görülən işlərə daima ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstək verdiyini və diqqətdə saxladığını bildirib.

A.Mustafazadə institutda açılan yeni kafedranın əlillərin hüquqlarının qorunmasına və onların problemlərinin həllinə müsbət töhfə verəcəyini diqqətə çatdırıb. İnstitut direktoru, həmçinin fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunması problemləri sahəsində tədqiqatları daha da genişləndirmək məqsədilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə müqavilə bağladıqlarını söyləyib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Jalə Əliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Anar Qədiməliyev, əlilliyi olan insanların hüquqlarının müdafiəçisi Sevda Səfərəliyeva, AMEA Elm TV-nin rəhbəri Xatirə Cabbarzadə, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, "Arabaçı" TV-nin rəhbəri İlham Məhərrəmov və digərləri çıxış edərək fiziki imkanları məhdud şəxslərin təhsil, iş və texniki avadanlıqlarla təmin olunmasının, eləcə də cəmiyyətə inteqrasiyasının zəruriliyini vurğulayıblar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1588 dəfə oxunub




Flag Counter






» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!