03 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/5/2018 “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən maarifləndirmə tədbirlərinə başlanılır


“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən

maarifləndirmə tədbirlərinə başlanılır

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə həyata keçirəcəkdir.

Layihənin məqsədi regionlarda məişət zorakılığının, erkən nikah hallarının aradan qaldırılması üçün, müvafiq dövlət orqanlarının, hüquq mühafizə orqanlarının, hər bir rayonda fəaliyyət göstərən məişət zorakılığı üzrə işçi qrupunun nümayəndələrinin, bələdiyyələrin, qadınların, gənclərin, ziyalıların, ağsaqqalların iştirakı ilə maarifləndirmə tədbirləri təşkil etmək, insanların bu məsələlərə ictimai qınağının formalaşdırılması üçün onların fəallığını artırmaq, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.

Layihənin icrası məqsədilə Zərdab, Ağcabədi, Bərdə və Tərtər rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirləri keçiriləcəkdir.

Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna müvafiq olaraq qəbul edilmiş Nazirlər Kabinetinin Qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, erkən nikahların baş vermə səbəbləri və fəsadları, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələri barədə məlumat veriləcəkdir.

Eyni zamanda,  müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxışlar edəcək və rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaqdır.

Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.

 

Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1812 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!