XƏBƏRLƏR




- 4/5/2018 Ümumilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş xeyriyyə tədbiri
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Bakıda Britaniya Məktəbi
Bu ilki tədbirimiz Ümumilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş xeyriyyə tədbiridir.
Nailiyyət və dəstək
Bakıda Britaniya Məktəbi təhtəlsüuru və qlobal düşüncəni hər zaman dəstəkləmişdir, belə ki, şagirdlərimiz özləri ilə müqayisədə böyük bir səylə bu tədbirə hazırlaşaraq bu gün burada beynəlxalq ab-hava yaratmağa çalışmışlar, bu baxımdan festivalın təbliğ və təşviqi təhsilimizdə olduqca böyük əhəmiyyətə malikdir.
BSB kollektivi olaraq hesab edirik ki, fərqli mədəniyyətlərin təbliği, buna maraq və həvəs yaradar, eləcə də şəxsiyyətin təşviqi sayəsində şagirdlər aktual problemlər haqqında səmimi müzakirələr apara bilər, bu da öz növbəsində şagirdlərimizə daha parlaq və geniş fürsətli bir gələcək qurmağa imkan yaradar.
Festivalın əsas məqsədi əyləncə, humanizm və birliyi təbliğ etməkdən ibarətdir. Xeyriyyə məqsədiylə keçirilən bu tədbirdən əldə olunan gəlir bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki bu, insanları məlumatlandırma ehtiyacı duymadan onlara həyatı birgə paylaşmaq kimi önəmli vərdişlər aşılayır.
Bir çox səfirlik və nüfuzlu təhsil müəssisələrinin iştirak edəcəyi bugünkü tədbir maraqlı və əyləncəli olacaqdır.
Hər bir səfirliyin/şirkətin ölkələrini, onların səciyyəvi xüsusiyyətlərini əks etdirəcəkləri masası olacaqdır. 100 Business Women təşkilatı da öz növbəsində qadınların müasir dünyada əhəmiyyətli rol oynadığını və bu səbəblə də fərqlənməli olduqları fikrini dəstəkləyir.
Tədbirdə müxtəlif növ yeməklər, əl işləri, sərgi lövhələri nümayiş olunacaq, bununla yanaşı məhsulların satışı keçiriləcəkdir. Əldə olunan gəlir müxtəlif məqsədlər üçün istifadə olunmaqla yanaşı, Autizm mərkəzi, Təkrar emal müəssisəsi və heyvanları mühafizə cəmiyyəti kimi BSB-nin dəstəklədiyi bir sıra xeyriyyə cəmiyyətlərinə təqdim olunacaqdır.
Tədbirdə əyləncəli oyunlar və batut da nümayiş olunacaqdır. Bugün günəş də tədbirimizin daha da uğurlu keçməsi üçün daha da parlayacaqdır. BSB də öz növbəsində, haqqında danışılması vacib olan ideya və layihələri təbliğ etmək üçün çalışır. Çünki biz birlikdə güclüyük və bunu edə bilərik.
Davud Rəhimli
Bu xəbər 2146 dəfə oxunub