20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/5/2018 “Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb”.


“Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb”.

 
QHT.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, müstəqillik qazanan Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir: “Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulur. Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtı rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül baş verib. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçid təmin edlib. Prezident İlham Əliyevin siyasətinin məğzində insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur, bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir”.
 
 Azərbaycanda partiya, QHT və KİV-in statistikası barədə məlumat verən Ə. Həsənov qeyd edib ki, ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb: “Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır.
 
Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporsional olaraq bölünür. Vəsaitin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda Milli Məclisdə 7 müxalifət partiyası təmsil olunur”.
 
O nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: “Dövlət hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir".
 
 Ə. Həsənov bildirib ki, dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq: "Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun bu məqsədə xidmət edir. Qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”.
 
 O, elektron hökumətlə bağlı görülən işlərdən də bəhs edib: “Bu sahədə əsas məqsədlərdən biri də QHT-lərə elektron xidmətlərin göstərilməsidir".
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1326 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib