XƏBƏRLƏR




- 7/5/2018 Kino hər kəs üçün - “Dolu” filmi nümayişi
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olanlar üçün xüsusi surdotərcümə olunmuş “Dolu” filmi nümayiş olunub.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Əlil Ziyalılar cəmiyyəti tərəfindən həyata keçirilir.
Layihənin əlaqələndiricisi layihə haqqında məlumat vermiş, müzakirələr olmuşdur. Tədbirdə hökumət, QHT, KİV nümayəndələri, görmə əlilliyi olan şəxslər iştirak etmişlər.
TƏDBİR HAQQINDA
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlikləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidməti Sahəsində dövlət sifarişləri üzrə keçirilən müsabiqənin qalibi olmuşdur. Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi artıq üçüncü dəfədir ki, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində İctimai Birliyimiz Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək bədii və cizgi filmlərin, o cümlədən idman yarışlarının və teatr tamaşalarının tiflo və surdo-şərhlərini hazırlayaraq görmə və eşitmə imkanları məhdud uşaqların istifadəsinə verməklə onların bərabər imkanlarla filmləri müşahidə etmək hüquqlarının təmin edilməsinə dəstək olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maaliyyə dəstəyi ilə ölkənin incəsənət aləmində yeni tiflo-tərcümə sisteminin təməli qoyulmuşdur. Belə ki, icra etdiyimiz layihə Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Kino Məkrəzi və digər donorlar tərəfindən dəstəklənərək davamlılığı təmin edilmişdir.
2018-ci ildə qalib olduğumuz “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində ictimai Birliyimiz tərəfindən “Dolu” bədii filminin tiflo və surdo-şərhi hazırlanmışdır. Film Azərbaycan mədəniyyətinin beşiyi sayılan torpaqlarımızın işğalı zamanı baş verən faciələri, Azərbaycan xalqının vətənpərvərliyini və mübarizliyini özündə əks etdirdiyi üçün tiflo və surdo-şərhlə hazırlanmış “Dolu” filminin təqdimat tədbiri məhz 8 may-Şuşanın işğalının 26-cı ildönümü və 5 may-Əlillərin Hüquqlarının müdafiəsi günləri ərəfəsində yəni 07 may 2018-ci il tarixdə saat 11:00-da Nizami Kino Mərkəzində keçirilmişdir. Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, eləcə də görmə və eşitmə imkanları məhdud şəxslər iştirak etmişdir. Həyata keçirdiyimiz layihə Nizami Kino Mərkəzi tərəfindən dəstəkləndiyi üçün mütammadi olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətində hazırlanmış tiflo və surdo-filmlərin nümayişinə başlamış, məhz bu səbəbdən də “Dolu” filminin təqdimat tədbiri Nizami Kino Mərkəzində keçirilmişdir.
Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili və təmənnasız nümayişi davamlıdır.
Davud Rəhimli
Bu xəbər 2057 dəfə oxunub