24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/7/2018 “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə


“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin, Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş möhtəşəm "Nəsimi dünyası" adlı gecə keçirilib.
Azərbaycanın tanınmış ictimai xadimlərinin, alimlərin, ziyalıların, QHT və KİV rəhbərlərinin, bir sözlə Nəsimi sevərlərin iştirakı ilə keçirilmiş gecədə ustad sənətkar İmadəddin Nəsiminin yaradıcılığı ədəbi-musiqili proqramla tamaşaçılara təqdim edilib. Tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin sədri, millət vəkili Qənirə Paşayeva ustad Nəsimi ilə bağlı bu formatda ilk dəfə tədbirin keçirildiyini vurğulayıb və bildirib ki, bu isti yay günlərində bu qədər dəyərli insanlarımızın zalı doldurması sözün həqiqi mənasında Nəsimiyə verilən böyük dəyərdir: “Mən Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşam. O dünya elə böyük idi ki, onun arxasınca Suriyaya, Hələbə qədər getdik. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə duyğular keçirirdim. Yadımdadır ki, Ümumilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə ona dedim: Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı. Ümumilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı". Daha sonra millət vəkili qeyd edib ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutur:"Nəsiminin böyüklüyü ondan ibarət idi ki, onun yaradıcılığının əsasında insan dururdu. O, həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. O, insana birbaşqa yanaşırdı. Müsəlman dünyasında Nəsimiyə zülm edənlər bu gün də var: İŞİD, Taliban və s. timsalında. Bunlar hamısı cahillikdəndir. Cahilliklə mübarizənin yolu bu böyük şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir"—deyə Milli Məclisin deputatı əlavə edib. O bildirib ki, böyük şairin dünyasını tanımaq istəyənlərə imkan verən bu proqram televiziya kanalları, KİV-lə yanaşı, sosial medidada da geniş yayımlanacaq və yaxın gələcəkdə bu repertuarla bir sıra xarici ölkələrdə də “Nəsimi dünyası” gecələrinin keçirilməsi nəzərdə tutulur. O həmçinin böyük şair və mütəfəkkirimiz İmadəddin Nəsimini gənc nəslin daha geniş öyrənilməsinin vacibliyindən danışıb və bu gecədə əməyi keçən hər kəsə dərin təşəkkür edib. Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Muğam Mərkəzinindirektoru Murad Hüseynov və iş adamı, Nəsimi araşdırmaçısı Tahir Gözələ bu layihəyə verdikləri dəstəyə görə təşəkkür plaketlərini təqdim edib. Millət vəkili həmçinin Facebook və tvitter üzərindən Nəsimi ilə bağlı səhifələrin açıldığını bildirib və böyük ustadın zəngin irsinin sosial medianın imkanlarından daha geniş istifadə olunacağını vurğulayıb. Daha sonra tədbirin təşkilatçılarından olan iş adamı Tahir Gözəl ustad sənətkarın zəngin poetik irsindən, onun yaradıcılığının fəlsəfi tərəflərindən söz açıb. O, insanları şairin irsini öyrənməyə çağırıb. Tədbir iştirakçılarına professor Qəzənfər Paşayevin hazırladığı və latın əlifbasında ilk dəfə işıq üzü görmüş İmadəddin Nəsiminin “İraq divanı” kitabı hədiyyə edilib. “Nəsimi dünyası” gecəsində tanınmış sənətçilərimiz Azərbaycanın Xalq artisti Nəzakət Teymurova, Savalan qrupunun rəhbəri Novruz Novruzlu, Eyvaz Həşimovun rəhbərliyi ilə “Hicaz” qrupu, tanınmış muğam ifaçısı Mütəllim Dəmirov, Azərbaycanın əməkdar artisti Mehriban Zəki, əməkdar incəsənət xadimi Əbdül Mahmudov (Şeyx Əbdül), tanınmış qiraət ustaları Məleykə Alovlu, Həlimət Məmmədova (Sultan), Nəsimi araşdırmaçısı Fərəc Əliyev öz möhtəşəm ifaları ilə tamaşaçıları Nəsimi dünyasına dəvət ediblər. Nəsiminin yaradıcılığından səslənən qəzəllər və oxunan mahnılar ustad sənətkarın irsinin musiqi və poetikanın vəhdəti tamaşaçılara çatdırmaqda mühüm roy oynayıb. Nəsimi irsinin sehrinə düşən tamaşaçılar proqramı alqışlarla qarşılayıb.
Qeyd edək ki, tədbirdə "Nəsimi" filmindən qısa fraqmentlər nümayiş olunub və tədbir ASAN Radio vasitəsilə canlı olaraq yayımlanıb. 
 

https://ganirapashayeva.com/2018/07/06/n%C9%99simi-dunyasi-adli-ustad-n%C9%99simiy%C9%99-h%C9%99sr-olunmus-gec%C9%99-boyuk-maraqla-v%C9%99-alqislarla-qarsilandi/ 

https://youtu.be/35Eqq6As-4o 

 





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi