XƏBƏRLƏR




- 9/7/2018 Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbiri
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə
tədbiri keçirilmişdir
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Ağcabədi rayonunda təşkil edilib.
Ağcabədi rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov son illər rayonda ailədaxili məişət zorakılığı və erkən nikah halları ilə bağlı həyata keçirilən tədbirlər və bununla mübarizə yolları barədə məlumat verib.
Tədbirdə layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.
Mətbuat xidməti
Bu xəbər 1975 dəfə oxunub