16 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/9/2018 Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması


QHT press-relizi adı;     ƏLILLIYI OLAN QADINLARA YÖNƏLMIŞ AYRI-SEÇKILIYƏ QARŞI ICTIMAI FƏALLIĞIN ARTIRILMASI TƏDBIRLƏRININ TƏŞKILI;

Tədbirin keçirildiyi tarix və yer; 31.08.2018. Ağstafa şəhəri, Təhsıl Mərkəzi

Layihənin adı;   Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması tədbirlərinin təşkili;

 Donorun adı; Azərbaycan Respublikasının  Prezidenti yanında   Qeyri-Hökumət   Təşkilatlarına Dövlət Dəstəyi Şurasının

·          Tədbirin forması ; Dəyirmi masa

·          Tədbirin məqsədi;  Əlilliyi olan qadınlara qarşı aypı-seçgiliklə bağlı müvafiq qurumlarda görünən problemləri aradan qaldırmaq üçün, keyfiyyətli – effektiv, psixoloji yardımlar göstərmək, maarifləndirilmə işlərinin aparılması, qabaqlayıcı tədbirlərin görülməsi ilə siyasətin hazırlanmasına dəstək verməklə reablitasiya potensialını artırmaq. Metodik planların hazırlanmasının müzakirəsi;

   Tədbirin mövzusu; Əlilliyi olan qadınlara qarşı yönəlmiş ayri- seçkiliyə qarşı

·        bölgələrdə yaranan problemlərinin müzakirəsi və onların həlli yollarının araşdırılması;

·           Məruzəçi; layihə rəhbəri Məhluqə Rəhimova  ;

·          İştirakçılar; İH-nin nümayəndəsi, social, təhsil, məşğulluq, mədəniyyət, turizm, məhkəmə, polis, prokrorluq orqanları, QHT, KİV, əlilliyi olan qadınlar və əlil təşkilatlarının təmsilçilərinin iştirakı təmin edilmişdir. 

·          Layihə rəhbəri Rəhimova Məhluqə, Ağstafa rayon İcra Hakimiyyətinin müavini Əziz, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Fatma xanım Sofiyeva, Ağstafa Rayon İH-nin müavini Əziz Məsmalıyev, Təranə Məmmədli - Ağstafa rayon Gənclər İdman İdarəsinin baş məsləhətçis, Rəhimli Ayşə DSMF-nun baş məsləhətçisi, Bayramova İradə ƏQC-nin Ağstafa rayon şöbəsinin sədri, Psixologi Mərkəzin Psixoloqu Mahmudova Gülnarə və digər çıxışçıların qeyd etdikləri fikirlərdən, ümumi məlumat  qaynaqları göstərir ki, əlilliyi olan qadınlara ayrıseçgilik dərəcəsi digər kateqoryalara nisbətdə daha çoxdur. Bunlar  digər qadınlar kimi eyni dəstək əldə edə bilməzlər. Zəif fiziki və kommunikativ giriş və davranış maneələri, əlilliyi olan bir çox qadının psixoloji mərkəzləri də daxil olmaqla, ümumiyyətlə mövcud olan dəstəyi əldə edə bilməməsi aydın görünür. Bu cür dəstəyin yalnız əlilliyin ayrıseçgiliyə deyil, diqqət mərkəzinə çevrilməsinə gətirib çıxara bilməməsi, eyni zamanda, bir çox qadınların institutlaşmaqdan qorxmaq üçün zorakılığa məruz qalmasından qorxduğu üçün tənqid olunur.   

·          Əlilliyi olan qadınlar ailədə və cəmiyyətdə ikili ayrı- seçgiliyə məruz qalırlar. Həm qadın, digər tərəfdən əlilliyi olan insan kimi. Ölkəmizdə ümumilikdə, əlilliyi olan qadınların sayının dəqiq statistikası qeydə alınmayıb. Mövcud olan rəqəmlər, olmadığı üçün problemin həlli yolarının araşdırılması çətindir. Ümumiyyətlə, əlilliyi olan qadınlara qarşı ayrı- seçgilik dərəcəsi ilə bağlı  açıqlamanın başlanğıcı olaraq, onların evdə aldıqları təhsilin natamam, təhsilin keyfiyyətinin aşağı səviyyədə olması və ya ən çox hallarda  ali təhsil ala bilməmələri  deməkdir. Apardığımız araşdırmalar göstərir ki, əlilliyi olan qadınlara qarşı tətbiq olunan ayrıseçgilik, ümumi qadınlardan daha geniş yayılmışdır. Lakin əlilliyi olan qadınlara qarşı tətbiq olunan ayrıseçgilik daha uzun müddətə davam edir və onlar ayrıseçgilik həddini pozmaqda çətinlik çəkirlərkimi çıxışlarla toxunulan məsələlərə qoşuldular.

·          Tədbir haqqında zəruri hesab olunan digər məlumatlar.

Azərbaycan Əlil Qadınlar Cəmiyyəti əlilliyi olan qadınlara və qızlara qarşı fiziki, psixoloji, cinsi və maliyyə zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növləri mövcudluğunu aşkarlamışdır. Eyni zamanda, əlilliyi olan qadınlara qarşı ayrıseçgilik, buna  məruz qalan bir sıra  problemləri ilə əlaqədardır.

Əlilliyi olan şəxslərin, xüsusilə əlilliyi olan qadınların hüquqlarının təmin edilməsinin vacibliyini ictimaiyyət və rəsmi orqanların bilmədiyi də aydın görünür. Ayrıseçgiliyə məruz qalan əlil qadınların ehtiyaclarının səviyyəsini başa düşmək çox azdır. Onlara cəmiyyətdə fərdi mövcudluğunu həyata keçirmək, dəstək xidmətləri ilə məşğul olmaq və ictimai və siyasi həyatda iştirak etmək üçün bir çox məhdudiyyətlər qoyulur.

Nəticədə bu kateqoryadan  olan şəxslərə qarşı ayrıseçgilik tez-tez psixoloji zədələnmə hissələrinə yönəldilir;  


 
“Əlil Qadınlar” Cəmiyyətinin (ƏQC) Mətbuat xidməti  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1319 dəfə oxunub




Flag Counter






» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/6/2021- Əlilliyin qiymətləndirilməsində yeni meyarlar

» 3/6/2021- Əyani müayinə zamanı daha 21 şəxsdən 9-nun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı aşkar edildi

» 1/6/2021- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

» 1/6/2021- Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı

» 1/6/2021- Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir