28 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/10/2018 "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu beşinci tədbiri 16 oktyabr 2018 -ci il saat 14:00 da Ramana qəsəbəsində yerləşən Saglamliq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində keçirtmişdir.
Bu dəfəki tədbir Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr olunmuşdu. Sahil Məmmədov sağlığında Milli Qəhrəman adına layiq görülüb.
Sahil Məmmədov 1964-cü il fevralın 5-də Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 6 yaşındaikən əmisi ilə Bakıya gəlmiş, Bakıxanov qəsəbəsində 96 saylı məktəbdə təhsil almışdır. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə vətənə dönür, ailəsini Bakı şəhərinə yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ savaşında iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavabsız qalır. Nəhayət 1992-ci il Vətənə qayıdır və Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır. Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşür. Döyüşlərin birində yanında mərmi partlayır və sağ qolundan, sol ayağından ağır yaralanır. 1994-cü ildən S.Məmmədov DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor olaraq çalışır. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adı verilmişdir.
Tədbirdə Sahil Məmmədovun həyat yolunu əks etdirən sənədli film nümayiş etdirilmiş, Sahil Məmmədovun döyüş yoldaşları, keçmiş döyüşçülər fikirlərini söyləmiş, Sahil Məmmədova həsr edilmiş şeirlər səslənmişdir.
 
Arabaçı əlillər şəbəkəsi ictimai birliyinin sədri:
Qarabag Qazisi İlham Məhərrəmov
Tel: (50)313 06 59
e-mail: arabacitv@gmail.com



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1552 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir