20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/11/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman

növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış

komandamızla görüş keçirilib

 

Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edərək bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə millimizin üzvləri ilə keçirilən görüşdə vurğulayıb.

Nazir komandanın üzvlərini ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibəti ilə təbrik edib.

O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının  inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb.

S.Babayev bildirib ki, son illərdə ölkəmizdə fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən boccia idman növünə marağının artması müsbət tendensiyadır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl dəstək verilməkdədir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar.

Nazir qeyd edib ki, hazırda boccia üzrə millinin bir çox üzvləri, eyni zamanda İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev özü də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir.

Boccia Federasiyasının baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvü Bəhruz Mirzəyev və komandanın digər üzvləri fiziki məhdudiyyətli insanların qayğı mühiti ilə əhatə olunmasına və paralimpiya hərəkatının genişlənməsi, o cümlədən bocia idman növünün də inkişafı üçün aparılan mühüm işlərə, göstərilən böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə boccia üzrə millinin üzvlərinə nazirliyin hədiyyələri təqdim olunub.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

Davud Rəhimli

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1148 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib