07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/11/2018 Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir


Press Reliz

Bakı şəhəri.                                                                                                    17 noyabr 2018 – ci il

       

    Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini həyata keçirir.

    Növbəti monitorinq fəaliyyət planına uyğun olaraq Sumqayıt şəhərində Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Dəstək İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığından zərər çəkmiş uşaqlara yardım mərkəzinin yaradılması”,  Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən icra olunan olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Sumqayıt, Balakən, İmişli, Kürdəmir şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən Xaçmaz şəhərində həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı, Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy, Sumqayıt, Mingəçevir, Şirvan, Qəbələ, Kürdəmir, Samux şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”  layihələri üzrə aparılmışdır.

    Xaçmaz Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinq zamanı  regionda əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər, xidmət səviyyəsi, əhatəlilik, texniki təminat, mütəxəsis təminatı, müyəssərlik və s. istiqamətlər araşdırılmışdır.

       Aparılmış monitorinqlər zamanı aşkarlanmış müsbət və mənfi halları, nailiyyət və çatışmazlıqları da özündə əks etdirən hesabat hazırlanaraq Nazirliyə təqdim olunacaqdır.

     Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi  və qiymətləndirilməsini aparır. Bu layihələr Bakı, Sumqayıt, Mincəçevir, Şirvan şəhərləri də daxil olmaqla Respublikanın 27 müxtəlif rayonlarını əhatə edir. 

Davud Rəhimli

 

Hörmətlə,

 

 

Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Mətbuat xidməti

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1992 dəfə oxunub




Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb