16 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/11/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib


20.11.2018
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının,  “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.  
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini, ötən dövrdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunduğunu bildirib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatları qeyd edən Ə.Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb. 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib. 
Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb. 
S.Babayev qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub. 
Sonra DOST Agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin təşkili üçün müvafiq hüquqi çərçivə, qanunvericilik layihələrinin, təşkilati strukturu, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması yönündə aparılan işlər və onların nəticələri barədə məlumat verilib. DOST regional proqramından bəhs olunub,  2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirilib. DOST-un əsas missiyasının ölkə əhalisinin “DOST” mərkəzləri şəbəkəsi və müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaradılması olduğu, DOST xidmətlərinin inteqrasiya olunmuş strukturu, “DOST” mərkəzlərinin kateqoriyaları diqqətə çatdırılıb. E-sosial, e-pensiya, e-məşğulluq və digər altsistemlər üzrə təqdim olunacaq xidmətlər, əyani müraciət edənlərlə yanaşı, səyyar formada əhaliyə göstəriləcək xidmətlər, məsləhət və məlumat xidmətlərinin təşkili üzrə görüləcək işlər və s. qeyd olunub. 
“E-sosial” internet portalı, nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi də təqdim olunub. Qeyd olunub ki, “e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır. Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda vətəndaşa proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir. Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar aparılmaqla, hüquqları barədə məlumat veriləcək. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intelektual analizlər apararaq interaktiv təşəbbüslərlə cıxış edəcək. Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN izma ilə daxil olmaq olar. 
Nazirliyin yeni loqosu ilə bağlı qeyd olunub ki, burada istifadə olunan komponentlər nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır. Bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəfaflığı ifadə edir. Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Yeni loqodakı mesajlar nazirliyin yeni qurulan rəsmi internet saytının da məramını ifadə edir. Yeni sayt - www.sosial.gov.az istifadəçiyə nazirlik, nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir, bu xidmətlərə müraciət üçün prosedurları sadə şəkildə izah edir, həmçinin e-xidmətlərə birbaşa çıxışa imkan yaradır.  
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digərləri çıxış edərək, təqdimatlarla bağlı fikirlərini bölüşüblər.

 
 
 
 
 
 
 
 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1783 dəfə oxunub




Flag Counter






» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/6/2021- Əlilliyin qiymətləndirilməsində yeni meyarlar

» 3/6/2021- Əyani müayinə zamanı daha 21 şəxsdən 9-nun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı aşkar edildi

» 1/6/2021- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

» 1/6/2021- Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı

» 1/6/2021- Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir