20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/8/2019 QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır


 

  “İstedadlı Əlillər” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün həyata keçirtdiyi “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”-nin yaradılması adlı layihəsi çərçivəsində görülmüş işlər haqqında yekun hesabat verdi. Birliyin rəhbəri Cavad Qasımov tədbir iştrakçılarını salamladıqdan sonra layihə haqqında geniş məruzə ilə çıxış edərək bildirdi ki, “...Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirildi. Layihədən ümumilikdə 350 nəfərdən çox insan bu və ya digər şəkildə faydalanmışdır. Layihənin icra müddətində 30 nəfər sağlamlıq imkanları məhdud uşağa və valideyinlərinə sosial xidmət göstərilməsi nəzərdə tutulmuşdusa, 4 aylıq layihə çərçivəsində bu qəbildən olan 70-dən çox ailəyə, o cümlədən 35 nəfər əlilliyi olan şəxslərə sosial xidmət göstərilmişdir. Layihə iştrakçılarından 30 nəfər sağlamlıq imkanları məhdud uşaq həm mərkəzdə həmdə ev şəraitində gündəlik təlimlərə cəlb olunmuşdu. Onlara gündəlik həyat vərdişləri, funksional və abilitasiya üzrə, qrup şəkilində və fərdi yanaşma üsulu ilə təlimlər keçirilmişdi. 32 ailənin özünəməşğulluq proqramlarına qoşulmalarına, ünvanlı sosial yardım almalarına, işlə təmin olunmalarına dəstək göstərilmişdi. 12 nəfər əlilliyi olan istedadlı insanların 300 –dən çox əl işinin satış sərgisi və 10 nəfər musiqi istedadı olan fiziki imkanları məhdud şəxslərin ifasında konsert proqramı təşkil olunmuşdu. Layihənin işçi qrupuyla, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Şöbəsinin və Həmvətənlərə Dəstək İctimai Birliyinin rəhbərlərinin və əməkdaşlarının birgə iştrakı ilə Saray qəsəbəsində yerləşən uşaq evinin sakinləriylə görüş təşkil edilmiş, Masazır qəsəbəsində yerləşən “Məzunlar Evi”ndə yaşayan bir neçə ailəni və bu kimi ailələrdə olan uşaqları layihənin xidmətlərindən faydalanmağa cəlb edilmişdi. Layihənin iştrakçıları olan bir çox aztəminatlı ailələrə Ramazan və Qurban bayramlarında ərzaq yardımı verilmişdi...” Daha sonra layhə üzrə sosial işçi Qubad Qasımov və digər natiqlər mövzu ətrafında çıxışlar etdilər. Qeyd edək ki, layihənin məqsədi Abşeron rayonunda yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, valideynləriin icma əsaslı sosial reabilitasiya haqqında məlumatlanmasından ibarətdir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında bu sahələri əhatə etmişdi. Sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf). İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 979 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib