16 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/11/2019 “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası


“Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdotərcümə versiyasının təqdimatı (Park Cinema Flame Towers) keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Cəsarət Hüseynzadə filmin surdotərcümə versiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlandığını qeyd edib. Onun verdiyi məlumata görə, filmin surdotərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə nümayiş olunmaq üçün hazırlanıb. Layihə rəhbəri həmin kateqoriyadan olan həssas qruplar üçün “Bir qalanın sirri” filmi, “Yalançı çoban” cizgi filmi və vətənpərvərlik mövzusunda 6 video materialın da surdotərcümə versiyasının hazırlandığını nəzərə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev öz çıxışında xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2019-cu il iyunun 1-də imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamın həmin insanlara göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin etdiyini vurğulayıb. Sərəncam nazirliyin sifarişi ilə sosial xidmət layihələri üzrə yaradılan, günərzi xidmət və reabilitasiyayönümlü mərkəzlərin sayının 3,5 dəfədən çox artmasına imkan verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə sosial xidmətlər göstərilir.

H.Abdullayev eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatdırıldığını deyib. Bildirib ki, qanunvericiliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Yəni, televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır.

Aparat rəhbəri qeyd edib ki, “Nəsimi” bədii filminin surdotərcümə versiyasının hazırlanması Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə bir töhfə məqsədi daşıyır. Eyni zamanda, bu layihə eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların informasiyaya əlçatanlığının təmin olunmasına bir dəstəkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, İctimai şuranın üzvləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Akif Kəhimov, Davud Rəhimli, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova və başqaları çıxış edərək eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında belə layihələrin böyük rol oynadığını diqqətə çatdırıblar.

Sonra “Nəsimi” bədii filminin surdotərcümə versiyası təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 916 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/6/2021- Əlilliyin qiymətləndirilməsində yeni meyarlar

» 3/6/2021- Əyani müayinə zamanı daha 21 şəxsdən 9-nun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı aşkar edildi

» 1/6/2021- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

» 1/6/2021- Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı

» 1/6/2021- Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir