23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/12/2019 “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı”


“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsinin icrasını başa çatdırıb.

  Layihə çərçivəsində Qəbələ şəhərində gənclər üçün düşərgə təşkil edilib. Düşərgəyə Nəsimi festivalında uğurlu nəticə göstərən 20 nəfər yaradıcı gənc qatılıb. Düşərgədə təcrübəli təlimçilər tərəfindən gənclərə “Uğur formulu”, “Effektiv bilik əldə etmə metodları”, “Kitab oxumağın üstünlükləri”, “Niyə kitab oxumalıyıq”, “Zamanın və həyatın idarə edilməsi”, eləcədə gənclər üçün interaktiv oyunlar, bilik yarışları, qrup işləri təşkil edilmişdir. Düşərgənin növbəti günü tarixi Çuxur Qəbələ (Qədim Albaniya), Azərbaycan Udi ocağı və Nic qəsəbəsində yerləşən Alban məbədinə ekskursiya təşkil edilmişdir. Düşərgənin təşkilati məsələlərində Qəbələ rayon İcra hakimiyyəti və Qəbələ Qafqaz Sport otel öz dəstəklərini göstərmişdir.

Bildirmək istərdik ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi münasibətilə sözü gedən layihə çərçivəsində GİM dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq 3 regionun (Göyçay, İsmayıllı, Qəbələ) gəncləri arasında müsabiqə və Nəsimiyə aid seçilmiş gənclər üçün “Mən bu cahana sığmazam, Gənclərin yaradıcılıq festivalı”-nı təşkil etmişdir.  Festivalda fərqlənən gənclər düşərgədə iştirak hüququ qazanaraq layihənin növbəti fəaliyyətlərinə cəlb edilmişdir.

Xatırladaq ki, layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, bu görkəmli şəxsiyyətin irsinin gənclərə yaxından çatdırmaq, milli mədəni-mənəvi dəyərlərin təblığ etmək  və ölkə ərazisində “Nəsimi ili” ilə bağlı təşkil olunan fəaliyyətlərə gəncləri cəlb etmək, eləcə də gənclərin asudə vaxtını səmərəli təşkil etmək idi.

Hörmətlə,

 

Göyçay İnkişaf Mərkəzi

Gənclər İctimai  Birliyi                                                   İctimaiyyətlə Əlaqələr departamenti

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1300 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi