23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/12/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.


Dekabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir reabilitasiya müəssisəsinin – Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə qeyri-hökumət qurumlarının nümayəndələri və əlilliyi olan şəxslər iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Kərimov vurğulayıb ki, mərkəzdə müasir tələblərə uyğun istehsal, qəbul və xidmət şəraitinin yaradılması, eyni zamanda, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısının daha bir təzahürüdür.

Nazir müavini dövlət başçısının tapşırıqları əsasında ötən dövrdə bir çox bölgələrdə yeni reabilitasiya mərkəzlərinin, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradıldığını deyib. Bildirib ki, hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi vardır ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması işləri də geniş vüsət alıb. Son illərdə nazirliyin Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ötən ay Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Bakıda Mərdəkan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Bu gün isə Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilir.

A.Kərimov diqqətə çatdırıb ki, Mərkəzin istehsal sahəsində müxtəlif protez-ortopedik məhsullar (protez, ortez, korset, ortopedik ayaqqabı, protez ayaqqabı və s.) hazırlanır. Bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 13607 nəfər əlilliyi olan şəxsi 35,5 minə yaxın reabilitasiya vasitəsi, o cümlədən 1920 əlil arabası ilə təmin edib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionarlarında isə 732 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu il müəssisənin əməkdaşları bölgələrdə yaşayan, Bakıya gələ bilməyən 800-dək əlilliyi olan şəxsə ehtiyac duyduqları 4 minə yaxın reabilitasiya vasitəsini yaşadıqları şəhər və rayonlara, hətta evlərinə aparıb təqdim ediblər.

Nazir müavini bildirib ki, Protez-Ortopedik Bərpa Mərkəzində müasir tələblərə uyğun şərait yaradılmaqla, avadanlıqlar, həmçinin tibbi və reabilitasiya aparatları yenilənib. Eyni zamanda, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Burada yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin hazırlanması işləri aparılacaq.

Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov əlilliyi olan şəxslərə dövlət qayğısından bəhs edib. O, Protez-Ortopedik Bərpa Mərkəzinin və digər reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulmasının, əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin ölkədə aparılan güclü sosial siyasətin bir nümunəsi olduğunu vurğulayıb.

  

Qeyd edək ki, müəssisədə əlilliyi olan şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait yaradılıb. Hazırda bir sıra reabilitasiya və sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi isə yaxın vaxtlarda istifadəyə veriləcək. Ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin tikintisi də nəzərdə tutulub.

 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1498 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi