17 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/1/2020 ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.


Bakı, 10 yanvar, AZƏRTAC

ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət qurumları ilə əlaqələr üzrə menecer Azər Allahverənov layihə barədə məlumat verib. O, bildirib ki, tədbirin əsas məqsədi uşaqların yollarda üzləşdiyi təhlükələrin araşdırılması, sorğuların keçirilməsi və xüsusilə dövlət və özəl sığınacaqlarda, reabilitasiya və günərzi qayğı mərkəzlərində yaşayan uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması üçün maarifləndirmə sessiyalarının təşkilindən ibarətdir.

Layihənin məsləhətçisi Gülnarə Pənahova çıxışında qeyd edib ki, uşaq evləri, sığınacaqlar, internat və məcburi köçkün məktəblərində olan uşaqların yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədilə layihə çərçivəsində risk qrupuna aid edilən həssas uşaqların yollarda üzləşdikləri problemlərin dərindən öyrənilməsi üçün hədəf qruplarında sorğular keçirilib, müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub və gələcəkdə icrası vacib hesab edilən perspektivlər müəyyənləşib. Onun dediyinə görə, layihənin icra olunduğu dövrdə əldə edilən nəticələrə əsasən həssas təbəqədən olan uşaqlar arasında oğlanların daha çox üstünlük təşkil etdiyi, uşaqların yol-hərəkəti təhlükəsizliyi və yol nişanları barədə xəbərsizliyi və onların məktəblərdə yol hərəkəti təhlükəsizliyinin tədrisində maraqlı olduqları aşkar olub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqlarda uşaqlarla iş və onların cəmiyyətə inteqrasiyasında yaranan çətinliklər və uşaq sığınacağında bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.

Həssas yol istifadəçilərinin yollarda üzləşdiyi çətinliklər barədə məlumat verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev təmsil etdiyi icra orqanının bu sahədə həyata keçirdiyi profilaktik tədbirlər barədə məlumat verib.

Layihələr üzrə menecer Ülviyyə Hüseynova icrası başa çatmaqda olan layihənin nəticələrini təqdim edib və müzakirəyə ehtiyac olan müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dəyirmi masada aidiyyəti dövlət orqanlarının məsul şəxslərinin, ictimai təşkilatların və digər maraqlı tərəflərin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələrdə qeyd olunub ki, həssas təbəqələrdən olan uşaqların yollarda üzləşdikləri təhlükələr oxşar olsa da, onların aradan qaldırılması müxtəlif yanaşmalar və üsullar vasitəsilə mümkündür. Bu sahədə ciddi nəticələrin əldə olunması üçün səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, maarifləndirmə, məlumatlandırma və digər profilaktik tədbirləri bir araya gətirməklə hədəflərə doğru birgə addımlamağa ehtiyac var. Yalnız belə olduğu təqdirdə həssas təbəqədən olan uşaqları yollarda hərəkətlə əlaqədar təhlükələrdən qorumaq olar.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 702 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!