24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/1/2020 Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib


Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 9682 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1069 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

           Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 2052 əlil arabası, 1732 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1386 aşağı və yuxarı ətraf ortezi, 9395 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 554 korset, 2830 cüt protez ayaqqabı, 4192 cüt ortopedik ayaqqabı, 518 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 3203 qoltuqaltı və dirsəkaltı ağac, 2693 ədəd əsa, 678 eşitmə aparatı  və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

           Ümumilikdə, 2019-cu ildə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 38 041 reabilitasiya vasitəsi verilib, 745 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

          Mərkəz tərəfindən ötən il səyyar  xidmətlər kimi, 1124 nəfər əlilliyi olan şəxsə 4821 reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlara aparılaraq təqdim edilib.  

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1454 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi