20 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/6/2020 "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb


“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.

Layihədə abilitasiya tədbirlərinin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.

Qeyd edilir ki, abilitasiya tədbirləri abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi, abilitasiya nəticələrinin proqnozlaşdırılması və  abilitasiya tədbirlərinin müəyyən edilməsi kimi mərhələləri əhatə edir. Əlilliyin müəyyən edilməsindən sonra 10 iş günü ərzində əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əks əlaqə vasitələrinin birinə abilitasiya tədbirlərinin hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxs əlilliyi ilə əlaqədar gələ bilmədiyi hallarda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır. Bu tədbirlər hazırlanarkən əlilliyi olan şəxslərin və onların qanuni nümayəndələrinin də fikirləri nəzərə alınır. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilir.

Bildirilir ki, abilitasiya tədbirləri əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə 6 ayda bir dəfə aparılmış tədbirlərin effektivliyi və hər hansı əlavə və dəyişikliklərin edilməsi zərurətinin olub-olmaması baxımından yenidən nəzərdən keçirilir.  TSEK əlilliyi olan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, proqnozu, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verməlidir.

Layihədə bu tədbirlərin müddətinin əlilliyi olan şəxsin sağlamlığında mövcud olan və əlilliyə səbəb olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edildiyi də əksini tapır.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ    



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 831 dəfə oxunub




Flag Counter






» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib