29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/6/2020 "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.


Bu gün "Səssiz Dünya" İşarət  Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur. HƏMKARLARIMIZI TƏBRİK EDİR, YENİ UĞURLAR ARZULAYIRIQ!

     Bu gün "Səssiz Dünya" İşarət  Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.  İctimai Birlik 28 iyun 2019 - cu il tarixində  Ədliyyə Nazirliyi  tərəfindən dövlət qeydiyyatına alınmış və bu qısa müddət ərzində geniş fəaliyyəti olmuşdur. İctimai Birliyin şüari "Hər şey sizin öz əlinizdədir. Sədəcə Jest edin", əsas məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin inkluzivliyinə dəstək olmaqdır. Təşkilatın sədri Aidə Səfərovanın məlumatına görə birlik bu müddət ərzində 6 sosial çarx hazırlayaraq təqdim etmişdir. Bu sosial çarxlar eşitmə və danışma imkanları məhdud olan şəxslərə dəstək xarakteri daşıyır.

      İctimai Birliyin həmtəsisçisi və sədr müavini Mahmud Səfərov təşkilat adindan Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil etmişdir. Regional və beynəlxalq təşkilatlarla əlaqə yaradaraq birgə layihələrdə iştirakına nail olmuşdur. Mahmud Səfərov BƏƏ, Ukrayna, Türkiyə, Belarusiya, Rusiya, Özbəkistan və digər dövlətlərdə Azərbaycanı təmsil etmişdir. İctimai Birliyin fəaliyyət istiqamətlərindən biri də idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etməkdir. Bu məqsədlə  Azərbaycan Milli Karate Federasiyası  və Karlara Dəstək ictimai birliyi ilə üçtərəfli memorandum imzalayaraq eşitmə və danışma imkanları məhdud gənclərin idmana cəlb olunmasına, xarici dövlətlərdə keçiriləcək yarışlara hazırlanmasına nail olmuşdur.

       Bundan əlavə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin baş katibi Mahmud Səfərovun Heydər Əliyev Fondunun və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında keçirilmiş "Yenilmezler" adlı layihədə "Mahmudun Dünyası" adlı çıxışını təqdim olunmuşdur. COVİD19 Pandemiyası  dövründə isə işarət dilində virusdan qorunma, gigiyena qaydalarına riayət etmə haqqinda bir neçə məlumatlandırıcı video çarx yayımlamışdır.

   "Səssiz Dünya" İşarət  Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi 21 noyabr 2019-cu ildən Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) üzvüdür.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1183 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir