29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/10/2020 Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara müraciət etdi


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, UNİCEF, ATƏT,  Avropa Şurası,  Avropa Parlamenti

və digər uşaq hüquqları üzrə beynəlxalq təşkilatlara

 

MÜRACİƏTİ

 

29 oktyabr 2020-ci il

         Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan hərbi əməliyyatları bərpa edərək sentyabr ayının 27-dən etibarən Azərbaycana qarşı növbəti təcavüzə başalmışdır.        Acınacaqlı haldır ki, Azərbaycanın mülki əhali yaşayan məntəqələrinin ağır artileriya silahları, raket atəşinə tutulması adi hala çevrilmişdir.

     Ermənistanın günahsız mülki şəxslərə qarşı  qəsdən törətdiyi  hərbi cinayətlər nəticəsində təkcə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda içərisində azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb.  Çoxsaylı yaşayış yerləri, təsərrüfat subyektləri  dağıdılmış, böyük maddi və mənəvi ziyan vurulmuşdur.

      Növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini bir daha sübut edir.

      BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın, Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərə məhəl qoymayaraq  hərbi əməliyyatlara uşaqlar cəlb olunur və hərbi əməliyyatlardan kənarda yaşayan dinc əhali, o cümlədən uşaqlar həlak olur və əlillik alırlar.

      Biz Azərbaycanın əlilliyi olan şəxslərin təşkilatları olaraq sizi Ermənistanın hərəkətlərini beynəlxalq hüquq normalarına uyğun qiymətləndirməyə, təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, dinc əhalinin, o cümlədən uşaqların hərbi əməliyyatlara cəlb olunmasının və onların hərbi əməliyyatlardan kənar yaşayış yerlərində öldürülməsinin qarşısının alınması istiqamətində səylərinin artırılmasına  və bu barədə ciddi tədbirlər görməyə çağırırıq.

Müraciət 40 təşkilatın imzası ilə təsdiq olunmuşdur.

Hörmətlə,

Davud RƏHİMLİ

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Prezidenti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 448 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir