16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/11/2020 5 rayonda 20 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin edildi


5 rayonda 20 şəhid ailəsi və Qarabağ müharibəsi

əlili evlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qubada evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev iştirak ediblər. 

Vurğulanıb ki, uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi daim uğurlara, zəfərlərə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yeni qəhrəmanlıq salnaməsi yazır. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizin, şəhərlərimizin sırası daim genişlənir və əldə olunan möhtəşəm Qələbələr hər birimizdə sonsuz iftixar hissləri yaradır. Şanlı tarix yazıldığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminat proqramı da davam edir.  

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün 5 rayonda təqdim edilən 20 fərdi ev (o cümlədən Qubada 9, Naftalanda 6, Balakəndə 3, Xızıda 1, Kürdəmirdə 1) də daxil olmaqla, onlardan artıq böyük əksəriyyəti verilib və bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Şəhid ailələri və müharibə əlilləri çıxış edərək torpaqlarımızı işğaldan azad edən, düşmənə sarsıdıcı zərbələr vuran Ordumuzla, onun gücü, hünər və rəşadəti ilə fəxr etdiklərini bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, azad olunan Vətən torpaqlarına görə şəhidlərimizin ruhunun da sevindiyini vurğulayıblar. Onlar yüksək qayğı ilə əhatə olunduqlarından razılıqla bəhs edib,  bu qayğıya, fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 655 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!