25 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2411/2020 Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün açıq havada idman-əyləncə sahəsi istifadəyə verilib


Heydər Əliyev Fondunun təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bakının Xətai rayonundakı idman-əyləncə park kompleksində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün “DOST Guşəsi” adlı idman və əyləncə sahəsi istifadəyə verilib.

Burada fiziki məhdudiyyətli şəxslərin müxtəlif idman növləri ilə məşğul ola bilmələri, asudə vaxtlarını keçirmələri məqsədilə, həmçinin onların istifadə imkanlarına uyğun idman avadanlıqları, karusellər və əlavə qurğular quraşdırılıb. Əlil arabasında olan şəxslər də ərazidə idmanla məşğul ola, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar əyləncə qurğularından yararlana biləcəklər.

Layihənin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova iştirak ediblər.

Təqdimat zamanı Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğısından bəhs olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlərin xüsusi yer tutduğu bildirilib.

Qeyd edilib ki, fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır.

Xətai rayonundakı idman-əyləncə park kompleksində “DOST Guşəsi”nin yaradılması da bu mərama xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq bir neçə ildir “Bizim həyət” layihəsi icra olunur. Bu zaman da sağlam həyat tərzinin formalaşdırılması, eləcə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti, asudə vaxtlarını mənalı keçirmələri üçün şəraitin yaradılması diqqətdə saxlanır.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi də fiziki məhdudiyyətli vətəndaşların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının artırılmasına yönələn layihələrə dəstək verir və belə layihələr gələcəkdə də davam edəcək.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 424 dəfə oxunub




Flag Counter






» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.