16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2020 Sosial xidmət sistemində sosial reabilitasiya modelinə keçid işləri aparılır


Sosial xidmət sistemində sosial reabilitasiya

modelinə keçid işləri aparılır

Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir. Başlıca islahat istiqaməti kimi, sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.

Nazir Azərbaycanda sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf etdirilməsi, çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə dolğun əhatə olunması üçün aparılan işləri qeyd edib. Həmin şəxslərin bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmət sahəsində müasir yanaşmaların tətbiqinin, ixtisaslı kadr potensialı formalaşdırılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Bildirib ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslər üçün çoxspektrli sosial xidmətlər sistemi qurulub. Bu sistem müvafiq kateqoriyalardan olan şəxslərin müdafiəsinə, sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarına yönəlib. Əsas məqsəd sosial xidmətlə əhatə olunan insanların həyatlarında olan çətinlikləri bu xidmətlər nəticəsində aradan qaldırmaq, onların rifahında ciddi müsbət dönüşə nail olmaqdır.

S.Babayev son illərdə yeni yaradılan sosial xidmət müəssisələri, sosial sifarişlər əsasında minlərlə şəxsin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu, bu sahədə layihələrin ildən-ilə genişləndiyi barədə məlumat verib.

Sosial xidmət müəssisələrində 1000-dək vətəndaşın tam dövlət təminatında olduğunu qeyd edən nazir həmin vətəndaşlara həssas və qayğıkeş münasibət göstərilməsinin fəaliyyətdə əsas prinsip olduğunu diqqətə çatdırıb. Onların pandemiyadan qorunması üçün aparılan işləri, pandemiya dövründə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxsə evlərində gündəlik sosial xidmətlər göstərildiyini deyib. Sosial xidmət müəssisələrində müasir yaşayış və reabilitasiya şəraitinin yaradıldığını,  yaxın günlərdə  daha bir sosial xidmət müəssisənin də əsaslı təmir və yenidənqurmadan sonra açılacağını deyib.

İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri və nümayəndə heyətinin rəhbəri Mikola Qnatovskiy Azərbaycanda  sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraut yaradılmasının, ölkədə bu sahənin inkişafı üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib.  

Görüşdə vətəndaşların keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi sahəsində Nazirlik tərəfindən görülən işlər, nümayəndə heyətinin ölkəmizə səfərinin, 1 saylı Psixonevroloji  Sosial  Xidmət müəssisəsində apardığı monitorinqin nəticələri, sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı fikir mübadilələri aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 418 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!