16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2020 “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 dekabr 2020-ci il.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 18 dekabr
tarixli 500 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən
reabilitasiya vasitələrinin növlərinin siyahısı

1. Yuxarı və aşağı ətraf protezi

2. Yuxarı ətraf işçi protezi

3. Yüksək texnologiyalı protez

4. Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)

5. Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)

6. Kompression və ya venoz corab

7. Silikon içlik

8. Dermo corab

9. Tutor

10. Korset

11. Reklinator

12. Yuxarı və aşağı ətraf üçün elastik bandaj

13. Korreksiyaedici yumşaq bandaj və korset

14. Yuxarı və aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə

15. Ortopedik başmaq

16. Təkayaqlı əsa

17. Üçayaqlı əsa

18. Dördayaqlı əsa

19. Qoltuqaltı ağac

20. Dirsəkaltı ağac

21. Reabilitasiya vasitələri üçün rezin ucluq

22. Dördayaqlı hərəkət vasitəsi

23. Ortopedik ayaqqabı

24. Protez üçün ayaqqabı

25. Rezin yanlıqlı ayaqqabı

26. Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələr

27. Oynaq endoprotezi

28. Süd vəzi protezi

29. Süd vəzi büsthalteri

30. Səs protezi (səs aparatı)

31. Diş protezi

32. Göz protezi

33. Eşitmə aparatı

34. Eşitmə aparatı üçün qulaqlıq

35. Qulaq protezi

36. Burun protezi

37. Sifət protezi

38. Göz yuvasının protezi

39. Damaq protezi

40. Ehtiyat protezlər

41. Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər

42. Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün aparatlar

43. Döşəkçə, ortopedik döşək və yastıq

44. Danışan kitab

45. Səsli tibbi tonometr

46. Səsli termometr

47. Kolostoma torbası

48. Urestoma torbası

49. Kateter

50. Hərəkətli qaldırıcı qurğu

51. Hidravlik çarpayı

52. Çarpayı üçün dayaqlar

53. Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq

54. Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq

55. Mühərrikli təkərli oturacaq

56. Sanitar-təchizatlı təkərli oturacaq

57. Minik avtomobili.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 483 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!