16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/12/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron xidmətlərini təqdim etdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti

elektron xidmətlərini təqdim etdi

Pensiya kalkulyatoru e-xidməti də artıq istifadədir

Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə xidmətlərin elektron infrastruktur üzərində şəffaf və operativ təşkili, e-xidmətlərin dairəsinin genişləndirilməsi işlərini davam etdirir. Bu istiqamətdə Nazirlik növbəti elektron yeniliklərinin – 4-ü proaktiv olmaqla  5 e-xidmətini, (o cümlədən Pensiya kalkulyatoru e-xidmətini) həmçinin 10 e-arayış xidmətini  təqdim etdi.

Tədbirdə Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qurumun elektronlaşma proqramının icrası sahəsində e-yeniliklərini diqqətə çatdırıb.

Bildirilib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatı həyata keçirilir. Həmin istiqamətdə işlər davam edir və bu gün daha 5 e-xidmət təqdim edilir. Bunlar aşağıdakılardır:

  • Ailə başçısını itirməyə görə pensiyanın e-təyinatı;
  • Ailə başçısını itirməyə görə müavinətin e- təyinatı;
  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin e-təyinatı;
  • Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin e- təyinatı;
  • Pensiya kalkulyatoru e-xidməti.

Qeyd olunan 5 e-xidmətdən 4-ü proaktiv xidmətdir. Yəni onlar ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin, övladlığa götürülən uşaqlara görə müavinətin təyinatının heç bir müraciət olmadan, elektron qaydada, avtomatik olaraq təyin edilməsinə imkan verir. Təyinat aparıldıqdan sonra isə müavinət və ya pensiya məbləği və bank kartı barədə məlumatlar ödəniş rəsmiləşdirilmiş şəxsin telefon nömrəsinə sms şəklində göndərilir.

Pensiya kalkulyatoru e-xidməti də vətəndaşların marağına səbəb ola biləcək e-yeniliklərdən biridir. İstifadəçilər e-sosial.az internet portalında qeydiyyatdan keçməklə və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək, bu e-xidmət vasitəsilə özlərinin pensiya hüququnun yaranacağı tarix, pensiya yaşı, pensiya kapitalı, pensiyanın məbləği barədə məlumat əldə edə biləcək.

           Nazirliyin e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Növbəti işlər kimi, portala peşə standartları reyestri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiyaya cəlb olunanlar, əlilliyi olan şəxslərə qulluq edənlər, işsizlikdən sığorta ödənişi edilmiş şəxslər  və b. barədə reyestr və arayışlar da daxil edilib. Bunların nəticəsi kimi, bu gün Nazirliyin aşağıda qeyd edilən daha  10 e-arayış xidməti də təqdim edilir:

  • Özünüməşğulluq proqramında iştirak edən şəxs olması barədə;
  • Özünüməşğulluq proqramı çərçivəsində əldə edilmiş aktivlər barədə;
  • Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxs olması barədə;
  • Əlilliyi olan şəxslərə qulluq edən şəxs olması barədə;
  • Peşə hazırlığına cəlb edilmiş şəxs olması barədə;
  • İstehsalat zədəsi almış şəxs olması barədə;
  • Sanatoriya-kurort yollayışı ilə təmin olunmuş şəxs olması barədə;
  • Sosial sığınacaqda yerləşdirilmiş şəxs olması barədə;
  • Reabilitasiya tədbirlərinə cəlb olunmuş şəxs olması barədə;
  • İşsizlikdən sığorta ödənişi edilmiş şəxs olması barədə.

Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı artıq 61-ə çatır ki, onlardan 34-ü proaktivdir. Nazirliyin e-arayış xidmətlərinin sayı isə 30-a çatır.

Vətəndaşların marağını nəzərə alaraq Pensiya kalkulyatoru e-xidməti barədə Nazirliyin hazırladığı videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=oRdeh7QB5t4&feature=youtu.be

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 549 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!