20 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/1/2021 “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.


27 yanvar 2021-ci il tarixdə “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.
 
Giriş sözü ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri Valeh Hüseynov bildirdilər ki, forum hökumət orqanları ilə səhiyyə sektorunda çalışan pasient təşkilatları arasında açıq dialoq üçün milli platformadır və bu əməkdaşlığın inkişafının vacib məsələlərdən olduğunu qeyd etdilər. Forumda Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynova, “Leykemiya ilə mübarizə” ictimai birliyinin sədri Mehriban Bağırova, “Kistik Fibroz (mukovissidoz) Xəstələrinə Yardım” ictimai birliyinin sədri Səadət Bayramova fəaliyyətləri haqqında təqdimatlarla çıxış etdilər. Mövcud problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüldü.
 
Sonda Azərbaycanda pasient hüquqlarına dair Bəyannamə Pasient Təşkilatları tərəfindən qəbul edilmişdir. İştirakçılar arasında dövlət səhiyyə qurumları ilə yanaşı, Beynəlxalq Səhiyyə Təşkilatlarının rəhbərləri və nümayəndələri, media nümayəndələri, Farmasevtik istehsalçı şirkətlərin nümayəndələri iştirak etmişdilər.
Sonda Azərbaycanda pasient hüquqlarına dair Bəyannamə Pasient Təşkilatları tərəfindən qəbul edilmişdir.
 
Qeyd edək ki, Dövlətin humanitar siyasətini həyata keçirilməsinin mexanizmləri və gələcək dövr üçün Azərbaycanda sığorta sisteminin tətbiqinin zəruriliyi barədə İcbari Dövlət Tibbi Sığorta Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov və Səhiyyə strukturlarının islahatları və beynəlxalq standartlara uyğun tibbi xidmətin təşkili haqqında TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Forum iştirakçılarına ətraflı məlumat vermişdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda fəaliyyət göstərən Pasient Təşkilatları infeksion və qeyri-infeksion xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların maraqlarını təmsil edir. Pasient Təşkilatlarının missiyası əhali və hər bir vətəndaş üçün yüksək səviyyədə tibbi xidmətə nail olmaqdır.
 
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 413 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ