10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/3/2021 Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb


Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

 

İlk iclasda şuranın sədr, sədr müavini və katibi seçilib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə sosial islahatların, sosial müdafiə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb. S.Babayev bu proseslərdə vətəndaş cəmiyyəti institutları ilə formalaşan fəal əməkdaşlıq təcrübəsinin əhəmiyyətini qeyd edib. Xüsusilə Nazirlik yanında İctimai şura ilə birgə işlərin Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın, ictimai nəzarətin təmin olunmasında önəmini diqqətə çatdırıb.

Nazir  sosial sahədə aparılan islahatlarda, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin təşkilində, yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində İctimai şuranın iştirakına geniş şərait yaradıldığını deyib. O, bu istiqamətlərdə şura üzvlərinin rəy və təkliflərinin diqqətlə öyrənildiyini və nəzərə alındığını, qarşıdakı dövrdə də birgə işlərin davam edəcəyini bildirib.

Sonra İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda vətəndaş cəmiyyəti institutlarından Elşad Məmmədov şuranın sədri, Umud Mirzəyev şuranın sədr müavini, Ramilə Mahmudova şuranın katibi seçiliblər.

E.Məmmədov Nazirliyin öz fəaliyyətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa, aparılan sosial islahatlarda şəffaflığın və ictimai nəzarətin təmin edilməsinə, ictimaiyyətlə əlaqələrin təşkilinə xüsusi diqqət ayırmasını yüksək dəyərləndirib. Şuranın Nazirliyin  uğurlu islahatlar prosesinə öz töhfələrini vermək üçün səylə çalışacağını vurğulayıb.

İclasda Şuranın tərkibində 5 istiqamət üzrə işçi qruplar yaradılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 237 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi