18 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/4/2021 Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub


Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi

 sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

 

Azərbaycanda reabilitasiya texnologiyaları sektorunun gücləndirilməsi sahəsində  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə icrasına başlanan layihəyə dair maraqlı tərəflərin məlumatlandırılması və prosesə cəlb olunması məqsədi ilə onlayn toplantı keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məcilsin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məcilsin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və b. iştirak ediblər.

Toplantıda Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsi olaraq  həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a yaxın olduğu qeyd edilib. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla  təminat proqramlarına başlandığı diqqətə çatdırılıb.

Əlillik sahəsində aparılan islahatlar qeyd olunub. Bu islahatlarda Nazirliklə ÜST arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlığı nəzərdə tutan yeni layihə barədə məlumat  verilib.

Bildirilib ki, 2021-ci ili əhatə edən layihə köməkçi texnologiyalar (reabilitasiya vasitələri) üzrə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatların keçirilməsi işlərini nəzərdə tutur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsi üçün təkliflər hazırlanacaq.

Görüşdə layihə üzrə aparılacaq işlər barədə maraqlı tərəflərə ətraflı məlumatlar verilib, rəy və təkliflər səsləndirilib.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 195 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi