04 Avqust 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/4/2021 Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir


Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin

qiymətləndirilməsi davam edir

 

Artıq 250-dən çox qaziyə əlillik təyinatı aparılıb

 

            Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərkən xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi davam edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların səyyar formada əyani müayinələrini həyata keçirir.  

Yaralı hərbi qulluqçular paytaxt və regionlar üzrə yaşadıqları ünvanlarda, yaxud tibb müəssisələrində ziyarət edilməklə, onlarla bağlı müayinə aktları tərtib edilir. Hər birinə dair  foto və videogörüntülər toplanır.

Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.

Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunvericiliyə uyğun operativ qiymətləndirilməsi aparılır. Artıq 250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb və proses davam edir.

Əlil Təşkilatları İttifaqı 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 233 dəfə oxunub




Flag Counter






» 3/8/2021- "Ən yaxşı məqalə” müsabiqəsi

» 31/7/2021- Əmək, məşğulluq, sosial müdafiə sahələrində bu ilin ilk yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

» 30/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi.

» 29/7/2021- Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

» 28/7/2021- Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

» 28/7/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub

» 26/7/2021- Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

» 27/7/2021- Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi, Protokol imzalandı

» 26/7/2021- Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirildi - SƏRƏNCAM

» 26/7/2021- BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib

» 26/7/2021- İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI

» 26/7/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/7/2021- Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi

» 17/7/2021- Общественный совет при БТА обсудил план действий

» 17/7/2021- Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb

» 17/7/2021- Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

» 16/7/2021- Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

» 16/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI

» 16/7/2021- Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

» 15/7/2021- “Fərdi elektron pəncərə”