17 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/5/2021 Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib


 

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşüb.

Nazir müavini Faiq Tağı-zadə Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Nazir müavini Nazirlik yanında yeni yaradılmış İctimai şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.

 

Sonra Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası öz işinə başlayıb. Təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən Fuad Hacızadə sədr, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov sədr müavini, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova isə katib seçilib.

 

İclasda müxtəlif məsələlər müzakirə edilib, şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirakı və digər təkliflər səsləndirilib

Əlil Təşkilatları İttifaqı 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 195 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi