15 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/5/2021 Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi şəhid övladları üçün xaricdə təhsil proqramları üzrə (SAT/TOEFL/IELTS) uzunmüddətli ödənişsiz kurslar təşkil edəcək.


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi şəhid övladları üçün xaricdə təhsil proqramları üzrə (SAT/TOEFL/IELTS) uzunmüddətli ödənişsiz kurslar təşkil edəcək. 
 
Bu barədə QHT.Az-a Birliyin sədri Sevinc Fədai məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və yaralanmış şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlana bilməsi Birliyin öncəliyidir: "Bu, istər fərd, istər təşkilat olaraq mənəvi borcumuz və məsuliyyətimizdir. Bu baxımdan Birliyin fəaliyyətində davamlı olaraq şəhid və qazi övladları üçün həyata keçirilən layihələr yer alacaq". 
 
Sevinc Fədai bildirib ki, xaricdə təhsil proqramları üzrə dərslər Birliyin Xaricdə təhsil üzrə koordinatoru, Xaricdə təhsil proqramları üzrə mütəxəssis, pedaqoq Lalə Əliyeva tərəfindən keçiriləcək: "Əlavə olaraq, imtahandan sonra sənədlərin toplanması, universitet seçimi və qəbul prosesindən sonrakı mərhələnin koordinasiyasi Lalə Əliyevanın şəxsən özü tərəfindən aparılacaq. Dərslər ingilis dilində olacaq".
 
Birlik qazi övladlarının da yararlana biləcəyi ödənişsiz kursa start verir: "Həm DİM imtahanlarına hazırlıq, həm dərsdən geri qalan şagirdlər üçün Fizika və Riyaziyyat fənlərindən tamamilə ödənişsiz 3 aylıq intensiv onlayn dərslər təşkil etməyə başlayırıq. Dərslər ictimai əsaslarla əməkdaşlıq etdiyimiz peşəkar müəllim, Bakı Dövlət Universiteti Fizika ixtisası bakalavr məzunu, magistr təhsilini isə İtaliyanın Modena Universitetində Fizika və Riyaziyyat ixtisası üzrə başa vurman Güman Quliyev tərəfindən keçiriləcək".
 
Qeyd edək ki, devizi "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru" olan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 2018-ci ildə yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Birlik bu günə qədər üzvlərinin və tərəfdaşlarının könüllü dəstəyi ilə paytaxtda və regionlarda bir sıra layihələr, seminarlar və aksiyalar həyata keçirib. 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 205 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi