23 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/5/2021 Ombudsman Aparatı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsinə dair onlayn tədbir keçirib


Ombudsman Aparatı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsinə dair onlayn tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “İnsan hüquqlarının müdafiəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institularının əməkdaşlığının gücləndirilməsinin rolu” mövusunda onlayn tədbir təşkil edilib. 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva tədbirdə giriş sözü ilə çıxış edərək, Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Ombudsman Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyəti barədə danışıb, bu il xalqımız tərəfindən həmin əlamətdar günün torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar olaraq daha böyük sevinclə qeyd olunduğunu vurğulayıb. Ombudsman Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində həyata keçirilmiş işlər, həmin dövrdə insan hüquqlarına hörmət, o cümlədən qadınlara seçki hüquqlarının verilməsi barədə danışıb.

Çıxışda Cümhuriyyətin süqutundan sonrakı 70 illik Sovet hakimiyyətinin sona çatması ilə Azərbaycan xalqının yenidən müstəqillik qazanmasından sonra ölkəmizdə müxtəlif sahələrdə həyata keçrilmiş islahatlar, qanunvericilik bazasının yaradılması, insan hüquqlarının təmini ilə bağlı görülmüş işlərdən bəhs olunub.

Ombudsman  bildirib ki, bu gün müstəqil dövlətimizdə insan hüquqlarının ayrılmazlığı əsas prinsiplərdən biri kimi bu sahədə qanunvericilik bazasını formalaşdırır. Səbinə Əliyeva müasir dövrdə milli insan hüquqları təsisatlarının fəaliyyətində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi önəm daşıdığını, Ombudsman təsisatının da insan hüquqlarının müdafiəsi istiqamətində bu əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib.

Daha sonra tədbirdə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsi”nin sədri Səadət Bənənyarlı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu  Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov,  “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, müstəqil ekspert Cümşüd Nuriyev çıxış ediblər.

Onlayn görüşdə COVID-19 pandemiyasının insan hüquqlarınnı müdafiəsində yaratdığı problemlər, əlilliyi olan şəxslərin, ocümlədən Vətən müharibəsi qazilərinin qayğıları barədə danışılıb, ölkədə vətəndaş cəmiyyətinin mövcud problemləri, onların həlli və bu sahədə hüquqi mühitin yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirilib. 

Tədbirdə Ombudsman təsisatının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş yeniliklər, o cümlədən əlilliyi olan şəxslərin hüquqları və informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində görülmüş tədbirlərə toxunulub.

Tədbir müzakirələrlə davam edib, Ombudsman Səbinə Əliyeva və vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bildiriblər.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 85 dəfə oxunub




Flag Counter






» 22/6/2021- BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub

» 22/6/2021- Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub

» 21/6/2021- Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - Video

» 21/6/2021- Əsassız əlillik təyin edənlərlə bağlı ciddi tədbirlər görülür

» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar