23 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/6/2021 Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir


Uşaqların müdafiəsi ölkəmizdə dövlət siyasətinin

əsas istiqamətlərindən biridir

 

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub.  Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.

Uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda:

  • sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar,
  • şəhid ailələrinin və müharibə əlillərinin uşaqları,
  • beşdən çox uşağı olan qadınların uşaqları,
  • müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
  • Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları,
  • valideyn himayəsindən məhrum olmuş uşaqlar,
  • aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları

aylıq müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (himayəçiləri), üç yaşınadək uşaqlara qulluğa görə onların sığortaolunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər.

Ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət də ödənilir.

Uşaqların reabilitasiya yönümlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan işlərdən biridir. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı 1 və 2 saylı sosial xidmət müəssisələri Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun yenidən qurulub. Ümumən, Nazirlik tərəfindən son illərdə 8 minədək uşaq səyyar və stasionar formada sosial xidmətlərlə, o cümlədən sosial sifarişlər əsasında icra olunan layihələr çərçivəsində günərzi xidmətlərlə təmin edilib. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi də istifadəyə verilib. Nazirliyin 1 və 2 saylı uşaq reabilitasiya  mərkəzlərində hər il minlərlə uşaq reabilitasiya xidmətləri ilə təmin olunur və cari ildə bölgələrdə (Şəmkir, Qəbələ) daha iki belə mərkəzin açılması nəzərdə tutulur.

Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin  ən pis formalarının  qadağan edilməsinə və onların  aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların   mənəviyyatına   təhlükə  törədə biləcək fəaliyyətə cəlb edilmələri də qadağandır.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 76 dəfə oxunub




Flag Counter






» 22/6/2021- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişikliklər olunub

» 22/6/2021- BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub

» 22/6/2021- Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub

» 21/6/2021- Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - Video

» 21/6/2021- Əsassız əlillik təyin edənlərlə bağlı ciddi tədbirlər görülür

» 19/6/2021- Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

» 19/6/2021- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

» 18/6/2021- “Doğma jest dili” lüğətinin elektron variantı hazırlanır

» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?