25 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/6/2021 “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişikliklər olunub


İyunun 22-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri, Milli Məclisə təşrif buyurması və deputatlar qarşısındakı çıxışı barədə fikirlərini bölüşüb. 

Bildirib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti, türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti möhtəşəm inkişaf yolu keçib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb.

Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən təbii ki, sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

Spiker diqqətə çatdırıb ki, Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir.

Biz həmişə məmnunluqla söyləyirik ki, ölkələrimiz arasında münasibətlər Ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Türkiyə–Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq”.

Milli Məclisin Sədri vurğulayıb ki, bizim xalqlarımız XX əsrin əvvəllərində Çanaqqala zəfərinin qazanıldığı, Bakının erməni-bolşevik zülmündən xilas edildiyi dövrdə də, 2020-ci ilin sonlarında Vətən müharibəsində erməni faşizminin darmadağın edildiyi günlərdə də bir idilər, bu gün də birgədirlər və həmişə birlikdə olacaqlar. Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əzəli və tarixi torpaqlarımızı əsarətdən qurtarmaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu.

Müharibənin ilk saatlarından sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə və onun lideri hər yerdə və hər zaman  Azərbaycanın yanındadır.

Xanım Sədr qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.

Spiker vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin  Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş bölgəni, xüsusən Şuşanı ziyarət etməsi,  Azərbaycan mədəniyyətinin incisi və tacı olan bu şəhərdə Azərbaycan və Türkiyənin  ay-ulduzlu bayraqlarının qoşa dalğalanması, iki qardaş ölkənin rəhbərləri arasında keçirilən görüşlər xalqlarımızın qardaşlığının yeni bir nümayişi oldu.  Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltdi.

 Milli Məclisin Sədri bildirib ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışı da bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycanın dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Türkiyə dövlətinin başçısı öz çıxışında bir sıra mesajlar verdi.  Ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə bu gün də bütün imkanları ilə Azərbaycanın yanındadır və bütün dünya bilsin ki, sabah da onun yanında olacaqdır.

Sahibə Qafarova çıxışının sonunda qeyd edib ki, bizim xalqlarımızın könül birliyi əsrlərin sınağından çıxıb və bu gün iftixar mənbəyimizdir. Əminliklə demək olar ki, Azərbaycan–Türkiyə münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək, xalqlarımıza və dövlətlərimizə yeni böyük uğurlar gətirəcəkdir.

Sonra iclasda cari məsələlər müzakirə olunub. Çıxış edən komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, deputatlardan Fazil Mustafa, Aydın Mirzəzadə, Fəzail Ağamalı, Aqiyə Naxçıvanlı, Elşən Musayev, Eldəniz Səlimov, Cavid Osmanov və Tural Gəncəliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, Şuşa Bəyannməsi və seçiciləri narahat edən məsələlər barədə fikirlərini bildiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. Parlamentin Sədri diqqətə çatdırıb ki, gündəlikdə 14 məsələ var. İlk 7 məsələ üçüncü oxunuşda olan qanun layihələridir və Milli Məclisə eyni zərfdə daxil olub. Bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındır və əlilliyin təyinatında yeni meyarların tətbiqi ilə əlaqədar 60 qanunda dəyişiklik edilməsini nəzərdə tutur.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişiklikləri üçüncü oxunuşda diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihələri Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Əmək və sosial siyasət komitəsinin iclasında geniş müzakirə olunub. Müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Adil Əliyev, əlaqədar komitələrin sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və müvafiq nazirliyin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı bütün suallara aydınlıq gətirilib, bəzi təkliflər nəzərə alınıb.

Milli Məclisin deputatları Razi Nurullayevin, Tahir Kərimlinin və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra komitə sədri Musa Quliyev deputatların söylədikləri fikirlərə münasibət bildirib.

Sonra gündəliyin 7 məsələsi - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə; “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə; Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında; “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial  adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə;  “Dövlət  qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən, gündəliyin növbəti iki məsələsi bir oxunuşda qəbul olunacaq.

Sonra mahiyyətcə bir-birilə bağlı olan "Ailə kəndli təsərrüfatı haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Bildirib ki, hər iki qanuna təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakterlidir və Elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi ilə bağlıdır.

Qanun layihələri barədə komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Rüfət Quliyev və Sabir Rüstəmxanlı fikirlərini bildirdikdən sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

 Gündəliyin 10-cu məsələsini - "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsini birinci oxunuşda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. 

 Bildirib ki, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib. Hazırda ölkəmizdə bu sahədə qüvvədə olan qanunun qəbulundan 25 il keçib və həmin qanun müasir tələblərə qismən cavab verir. Bu baxımdan yeni qanunun hazırlanmasını ictimai sifariş kimi də qiymətləndirmək olar. Yeni qanun qəbul edildikdən sonra enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

8 fəsil, 23 maddədən ibarət olan qanun layihəsi enerji resurslarından  səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin məqsədlərini, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamları, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatında səmərəlilik və digər məsələləri özündə ehtiva edir.

Müzakirələrdə çıxış edən deputatlar Vahid Əhmədov, Etibar Əliyev, Fəzail Ağamalı, Sahib Alıyev, Rüfət Quliyev, Asim Mollazadə və Əziz Ələkbərov qanun layihəsini yüksək qiymətləndiriblər, qeyd və təkliflərini bildiriblər. Komitə sədri Sadiq Qurbanov sualları cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti iki məsələsi də mahiyyətcə bir-biri ilə bağlı olduğuna görə "Əmək pensiyaları haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşu haqqında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, hər iki dəyişiklik əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Əli Məsimli, Aydın Mirzəzadə, Fəzail Ağamalı çıxış edərək təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər.

Komitə sədri Musa Quliyev deyilən fikirlərə münasibət bildirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda "Əmək pensiyaları haqqında" Qanuna təklif olunan dəyişiklik də səsə qoyularaq birinci oxunuşda təsdiqlənib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu qanun da gündəliyin sonuncu məsələsi ilə mahiyyətcə bir-birinə yaxındır və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin sonuncu məsələsini - "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, bu layihə bundan əvvəl Musa Quliyevin təqdim etdiyi dəyişikliklərlə üzvi surətdə bağlıdır və həmin dəyişikliklər bu layihədə də öz əksini tapmalıdır. Davud Rəhimli

Deputat Etibar Əliyevin layihə barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin iclası başa çatıb. 

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 242 dəfə oxunub




Flag Counter






» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.