25 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/7/2021 Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub


 
Keçən il və cari ilin ötən dövründə bu müəssisələrdən
 
30 uşaq ailələrinə geri qayıdıb
 
Sosial Xidmətlər Agentliyi media nümayəndələrinin sağlamlıq imkanları məhdud
uşaqlar üçün sosial xidmət müəssisələrində yaradılmış şəraitlə, həmin uşaqlara göstərilən
xidmətlərlə tanışlığı üçün mediatur təşkil edib.
Jurnalistlərə bildirilib ki, Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı
(Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir.
Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşaq daimi dövlət himayəsində yaşamaqla, onlara
reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun “Uşaq evləri və
internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal
yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə
uyğun şərait yaradılıb.
Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun
qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir
uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Müəyyən edilmiş
rejimə və fərdi iş planına uyğun uşaqlara xidmət və qayğı göstərilir, onların abilitasiyası və
reabilitasiyası həyata keçirilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs
terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “kukla teatrı” otaqları
uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif
nağılları səhnələşdirməklə uşaqlarda zehni inkişaf etdirilməsinə kömək edir.
Media nümayəndələri bu müəssisələrdə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına
yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə də
tanış ediliblər. Bu dərnəklərdə uşaqlar müxtəlif əl işləri (rəsm, ağacdan oyma, muncuqla
tikmə və s.) hazırlayır, musiqi alətlərində ifa etməklə, rəqslə, mahnı oxumaqla, habelə idman
zallarında yüngül atletika, tennis, boccia, futbolla məşğul olurlar. Hər iki sosial xidmət
müəssisəsinin sakinlərinin respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakı da
təmin edilir və onlar bu yarışlarda medallar qazanırlar.
Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya
tədbirləri də davam etdirilir. Ötən il bu müəssisələrdən 22 nəfər, bu ilin 6 ayı ərzində isə 8
uşaq öz ailələrinə geri qayıdıb.
 
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 187 dəfə oxunub




Flag Counter






» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.