16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/7/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova

nümayəndə heyəti ilə görüş olub

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb. Nazir ötən dövrdə Azərbaycanla Moldova arasında dostluq və əməkdaşlığın, qarşılıqlı faydalı dövlətlərarası münasibətlərin daha da inkişafı üçün imzalanmış sənədləri, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, Azərbaycanda aparılan sosial islahatlar proqramı, sosial inkişaf istiqamətində əldə olunan uğurlar barədə məlumat verib. Ölkəmizin yeni brendinə çevrilən DOST konsepsiyasından bəhs edən nazir milli sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması sahəsində ardıcıl addımların atıldığını diqqətə çatdırıb. Sosial sığorta və sosial təminat sahəsində e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, proaktiv xidmətlərin tətbiqi işlərini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Moldovanın Milli Sosial Sığorta Kassasının Baş direktorunun müavini Svetlana Daskal ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkəsində sosial sahədə aparılan islahatları, sosial sığorta sisteminin təkmilləşdirilməsi üçün görülən işləri qeyd edib. Dövlət Sosial Müdafiə Fondu ilə təcrübə mübadiləsinin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə müasir sosial sığorta və təminat sistemləri qarşısında dayanan yeni çağırışlara və reallaşdırılan islahatlara, Moldovanın Milli Sosial Sığorta Kassası ilə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə  dair fikir mübadiləsi aparılıb.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 99 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!