26 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/8/2021 Akademik Musiqili Teatrda “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirilib


Akademik Musiqili Teatrda
 “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi”
mövzusunda dəyirmi masa keçirilib 
 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirilib. 
YUNESCO-nun “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində həyata keçirilən bu tədbirdə eşitmə məhdudiyyətli uşaq, yeniyetmə və gənclərin iştirakı ilə Musiqili Teatrda yaradılmış “İnklüziv teatr” studiyasının üzvləri, nazirlik, elmi müəssisə, tədris ocaqları, eləcə də ictimai təşkilatların bu sahə üzrə mütəxəssisləri iştirak ediblər.  
Tədbirin moderatoru – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara “İnklüziv teatr” layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə  indiyə qədər əlillərlə bağlı həyata keçirilən bir çox tədbirlərin iştirakçısı olsalar da, eşitmə əngəlli insanlarla “İnklüziv teatr” layihəsi ilk dəfədir ki həyata keçirilir. Tanınmış rejissor  “İnklüziv teatr”ın yaranmasından indiyə kimi çox qısa zamanda   müsbət  nəticələr əldə etdiklərini qonaqların diqqətinə çatdırmaq məqsədi ilə onları bu studiyanın aktyorlarının məşq prosesini izləməyə dəvət edib.
  İllüziya nömrələri və “Yaranış” adlı pantomima səhnəsi ilə çıxış edən gənclərin ifaları görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.  
Layihənin prodüseri, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi,  fəlsəfə doktoru Rəcəb Məmmədov çıxış edərək layihənin məqsədi, qarşıya çıxan çətinliklər və gələcək planlar barədə məlumat verib.
Daha sonra tədbirə dəvət olunmuş mütəxəssislər – Təhsil Nazirliyi, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin məsləhətçisi, Respublika psixoloji-tibbi- pedaqoji komissiyasının sədri Anar Xələfov, Təhsil Problemləri İnstitutunun psixologoya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi, dosent,  fəlsəfə doktoru Dilarə Dostuzadə, N.Tusi adına ADPU-nun xüsusu təhsil kafedrasının dosenti,  fəlsəfə doktoru Tamilla Ağayeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent,  fəlsəfə doktoru Vidadi Qafarov, Əlil Təşkilatları İttifaqının prezidenti, Əlillik hüquqları və müyəssərlik üzrə beynəlxalq ekspert Davud Rəhimli,  2  və 3 saylı  Respublika  xüsusi  internat  məktəbinin müəllimləri Aynurə Həsənova və Günel Kərimova layihə barədə maraqlı təkliflər irəli sürüblər. 
“İnklüziv teatr”ın aktyorlarının ailə üzvləri Xədicə Murtuzayeva, Şənanə Səfərova çıxış edərək öz sevinclərini bölüşüblər, layihənin rəhbərinə, eləcə də sənət müəllimləri, Xalq artisti, ADMİU-nun dosenti Pərviz Məmmədrzayevə, illüzuya ustası, Beynəlxalq illüziya festivalları laureatı Tofiq İsgəndərliyə təşəkkürlərini ifadə ediblər.
 Layihənin tərəfdaşı, "Səssiz Dünya" İşarət  Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova da studiyanın işində iştirak etdiyi üçün məmnunluğunu bildirib.
Sonda Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi, İqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Araz Bağırlı bu beynəlxalq layihənin YUNESCO-da xüsusi marağa səbəb olmasından, onun əhəmiyyətindən, eləcə də gələcək perspektivlərindən danışıb.
Tədbir iştirakçıları “Respublikada jest dilinin statusunun artırılmasına xüsusi diqqət yetirilməlidir” şüarı ilə çıxış edərək özfəaliyyət hərəkatının eşitmə əngəllilər üçün əlçatan olmasının, teatrlarda eşitmə əngəlli şəxslər üçün uyğun mühitin yaradılmasının, psixoloji baryerləri aradan qaldıraraq hər bir mədəniyyət müəssisəsinə eşitmə əngəlli tamaşaçıları cəlb etmək üçün xüsusi vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıblar. 
Tədbirin sonunda Əliqismət Lalayev dəyərli fikirləri üçün qonaqlara minnətdarlığını bildirərək onları gələcəkdə də Akademik Musiqili Teatrla sıx əlaqədə fəaliyyət göstərməyə, məsləhətlərini və köməklərini əsirgəməməyə çağırıb.
 
 
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 203 dəfə oxunub




Flag Counter






» 26/10/2021- Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 25/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

» 26/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!