17 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/8/2021 Azərbaycan Respublikası Prezidentinin əlilliyi olan uşaqlara aid Fərmanı


Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli, “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli və “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 641; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1368 nömrəli Fərmanı) 2.2-ci bəndində (hər iki halda) “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.

 

2. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643) adında, 1-ci hissəsində və 2.1-ci bəndində “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842; 2020, № 12 (I kitab), maddə 1501) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 4.4.3.3-cü yarımbəndində “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1357 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndində “əlilliyinin dərəcəsini” sözləri “orqanizminin funksiyalarının pozulması faizini” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərdən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;

4.2.2. 3.1.7-ci yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488) 2.1.2-ci yarımbəndində “sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494) adında və 1-ci hissəsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

7. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 avqust 2021-ci il

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 117 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi