16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/9/2021 Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib


Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.

Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61 müraciət;
  • Müdafiə Nazirliyi üzrə 265 müraciət;
  • Səhiyyə Nazirliyi üzrə 16 müraciət;
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  üzrə 33 müraciət;
  • Yerli icra hakimiyyəti orqanları üzrə 38 müraciət;
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 müraciət;
  • Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət.

Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada  xidmətlər göstərilib.

Vahid əlaqələndirmə mərkəzləri:

  • Yasamal,Səbail və Qaradağ rayonları üzrə  1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
  • Xəzər və Pirallahı rayonları üzrə  2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
  • Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
  • Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə  4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.

 

Əlil Təşkilatları İttifaqı

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 23 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!