XƏBƏRLƏR




- 30/9/2021 "Tut əlimdən" layihəsinin I buraxılışı bu gün efirdə
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
"Tut əlimdən" layihəsinin I buraxılışı bu gün efirdə
İştirakçılar Şəhid Teymur Abbasovun övladları Feyruz, Siruz və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovdur. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Tut əlimdən” layihəsinə artıq start verilib.
Layihə çərçivəsində vəzifəli və tanınmış şəxslər bir günlərini Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları ilə keçirəcək, onların qayğılarını bölüşəcək, asudə vaxtlarının mənalı keçməsinə dəstək olacaqlar. Məqsəd şəhid övladlarının daim diqqət və qayğı əhatəsində olduqları, bundan sonra da dövlətin, ümumən cəmiyyətin dəstəyini ən yaxından hiss edəcəkləri mesajını çatdırmaqdır.
“Tut əlimdən” layihəsinin ilk iştirakçıları şəhid Teymur Abbasovun övladları Feyruz və Siruz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla görüşüblər. İlkin tanışlıqla başlayan və aralarında dostluq münasibətlərinin yaranması ilə yekunlaşan bu görüşdən hazırlanmış veriliş bu gün saat 18.30-da AzTV-də yayımlanacaq.
Vətən naminə canlarını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək onların yanında olduğumuzu göstərək, onlara dost və sirdaş olaq!
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 512 dəfə oxunub