07 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/10/2021 Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub


Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və

qarşıda duran vəzifələr müzakirə olunub

Bu il 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, əlilliyi olan şəxslərə

35 mindən çox reabilitasiya vasitəsi verilib

Əliliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturu təkmilləşdirildikcə, funksional imkanları, inteqrasiya dairəsi genişləndikcə tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması da təmin olunur. Bu məqsədlə “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların əliliyin qiymətləndirilməsi və reabilitasiya sahəsini də əhatə etdiyi vurğulanıb. Bildirilib ki, əsas hədəf əlilliyin şəffaf şəkildə təyinatı, əsassız əlillik təyinatlarının qarşısının alınmasıdır. Əlillik və sosial ödənişlərin təyinatının buna haqqı çatan şəxslərə şamil olunması, sosial ədalət prinsipinə uyğun yanaşmanın əlillik sahəsində tam təmin edilməsidir.

Bu il artıq 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.

Eyni zamanda, Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır. Aidiyyəti qurumlarla, o cümlədən Müdafiə Nazirliyi ilə bu sahədə koordinasiya olunmuş şəkildə ardıcıl işlər aparılır. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi də bu istiqamətdə öz töhfəsini verir. Artıq 2 minədək qaziyə əlillik və sosial ödənişlər təyin olunub, proses davam edir.

İclasda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Agentliyin gördüyü işlər və qurumun planlarına dair təqdimatla çıxış edib. Həmçinin Agentlikdə sənədlər və vətəndaş müraciətləri ilə iş, “Əlillik” və “Reabilitasiya” altsistemlərinin funksional imkanlarının artırılması üçün aparılan işlər, reabilitasiya müəssisələrinin, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edilib. Vətəndaşların reabilitasiya mərkəzlərinə qəbulu üçün qeydiyyatın “onlayn müstəviyə keçirildiyi, vahid reabilitasiya informasiya idarəetmə sisteminin yaradılmasının nəzərdə tutulduğu, bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərildiyi, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verildiyi, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirildiyi qeyd edilib.

  Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 270 dəfə oxunub




Flag Counter






» 6/7/2022- UNEC İnklüziv təhsil mərkəzi- "Qətlə aparan yol" kitabının təqdimatı

» 6/7/2022- Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 5/7/2022- “Qəhrəmanlıq nümunəsi” Kitabının qəhrəmanları

» 5/7/2022- “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin növbəti təqdimat mərasimi keçirildi.

» 4/7/2022- Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı müzakirə olunub.

» 5/7/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/7/2022- Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.

» 4/7/2022- Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz

» 1/7/2022- ƏMAS-da yeni funksional imkanlar yaradılıb

» 30/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı