16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/10/2021 Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi


Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi

olanlara 50 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edildi.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrlə qəhrəmanlıq tarixi yazırdı. Ötən ilin bu günündə - 2020-ci ilin 20 oktyabrında şanlı Ordumuz daha bir tarixi qələbəyə imza atdı - Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı geniş miqyaslı dəstək tədbirləri həyata keçirilir. Bu gün, Zəngilan şəhərinin azad edilməsinin birinci ildönümü olan bu əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər verilməsi ilə davam edir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1800 mənzil verilib.

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.

Ş.Seyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

Mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daima dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 221 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.