18 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2021 Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi


Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

 

Mərkəz il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada

reabilitasiya xidmətləri göstərəcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdən əvvəl Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevlə birgə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Mərkəzin açılışı tədbirində S.Babayev bildirib ki, 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günündə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin – Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının növbəti təzahürüdür.

Nazir qeyd edib ki, 2019-2020-ci illərdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 11 ayında 7500-dən çox əlilliyi olan şəxsə xidmət göstərilib, əlilliyi olan 8 min şəxs 40 mindən artıq protez-ortopedik və digər reabilitasiya vasitəsi ilə təmin edilib.

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 1600 qaziyə xidmət göstərildiyini deyən S.Babayev 1100-dək Qarabağ müharibəsi əlilinə 10800 reabilitasiya vasitəsi verildiyini, 164 hərbçinin 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyini bildirib. O, Nazirliyin Bakıda iki Uşaq Reabilitasiya Mərkəzinin olduğunu, müasir tələblərə uyğun qurulmuş həmin mərkəzlərdə il ərzində 3 minədək uşağın  tibbi, sosial, həmçinin tədris-peşə reabilitasiya tədbirləri ilə əhatə olunduğunu bildirib. Uşaq reabilitasiya infrastrukturunun genişləndirilməsi işlərinin aparıldığını deyən nazir bu gün Qəbələdə daha bir belə mərkəzin açıldığını qeyd edib. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyini bildirib.

S.Babayev diqqətə çatdırıb ki, yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verəcək.

S.Abdullayev ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, Qəbələdə belə bir mərkəzin yaradılmasının bölgədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə təminatına mühüm bir dəstək olduğunu bildirib.

Sonra Uşaq Reabilitasiya Mərkəzində yaradılmış şəraitə baxış olub. 

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə müasir cihazlarla, tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstəriləcək. Tədris-peşə reabilitasiyası, müəyyən tədris metodikaları da həyata keçiriləcək. Eləcə də musiqi, əmək terapiyaları əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanacaq.

Əlil Təşkilatları İttifaqı  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 435 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 17/8/2022- “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

» 17/8/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyasına dəstək məqsədi ilə ictimaishura.az saytından istifadə haqqında video təlimat

» 16/8/2022- Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

» 15/8/2022- 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 13/8/2022- Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb

» 13/8/2022- Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

» 12/8/2022- 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”