29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2021 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə dekabrın 3-də Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans təşkil edib.

Konfrans Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “Universal Dizayn” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinin yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi əsasında keçirilir.

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü və layihə haqqında məlumat verib.

BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Azərbaycanda olan nümayəndəliklərinin əlillik sahəsində həyata keçirdikləri layihələr və hədəflər mövzusunda çıxış edib.

Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen konfrans iştirakçılarını videomüraciətlə salamlayaraq görülmüş işlərə münasibət bildirib, Finlandiya hökumətinin Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib.

“Əlilərin kvota üzrə iş yeri ilə təmin olunması uğurla həyata keçirilir. Təkcə bir faktı göstərmək kifayətdir ki, 2018-ci ildə 900-ə yaxın, 2019-cu ildə 2800, 2020-ci ildə 2900 nəfər işlə təmin olunmuşdusa, bu ilin 9 ayı ərzində 2700 əlilin məşğulluğu təmin edilib. İlin sonunadək bu rəqəm daha da artacaqdır”,- deyə konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Cəmaləddin Quliyev bildirib. O, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, özünüməşğulluq proqramları çərçivəsində görülən işlər barədə danışıb, bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla, eləcə də özəl şirkətlərlə əməkdaşlığın mövcudluğunu qeyd edib.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsi, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva əlilliyi olan şəxslərin məşğulluq hüquqları və Ombudsmanın əlilliyi olan şəxslər və onların ictimai birlikləri ilə əməkdaşlıq istiqamətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlıq subyektlərinin əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasındakı rolu və bu sahədəki uğurlar, eyni zamanda, bu sahədə olan problemlərin həlli yolları istiqamətində görülən işlər barədə danışıb.

Sonra əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və müzakirələr aparılıb.

Tədbirin yekununda layihə çərçivəsində elan olunmuş ən yaxşı məqalə müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və pul mükafatları təqdim olunub. I yer Zarina Orucaliyeva, II yer Pərvanə Əliyeva, III yer İslam Əsgəroğlu, Fəal iştiraka görə Fərqanə Allahverdiqızı. Layihəyə verdikləri dəstəyə görə Təhsil Nazirliyinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məhəmməd Vəliyev, Əlil Təşkilatları İttifaqına verdikləri mütəmadi dəstəyə görə AZƏRTAC-ın aparıcı müxbiri Süleyman Qaradağlı, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə fəxri fərmanlarla təltif olunublar.

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 255 dəfə oxunub




Flag Counter






» 29/1/2022- Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

» 28/1/2022- Əlil Təşkilatları İttifaqının (ƏTİ) 28 yanvar 2022-ci il tarixdə iclası keçirilmişdir.

» 28/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!