23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/12/2021 “Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə “Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda dəyirmi masa təşkil edib. 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş və hibrid formatda keçirilən tədbirdə dövlət qurumları, məhkəmə orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq qurumlar, səfirliklər və xarici ölkələrin ombudsman təsisatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin açılış hissəsində Ombudsman Səbinə Əliyeva, BMT-nin rezident əlaqələndiricisi Vlandanka Andreyeva, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq, GIZ-in Azərbaycan üzrə direktoru Karin Hörhan çıxış ediblər. 

Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xaqani Məmmədov, Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov,  “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli müxtəlif məruzələrlə çıxış ediblər. 

Türkiyə Ombudsmanı Fatma Benli Yalçın, Mərakeş Krallığı Ombudsmanı Mohamed Benalilou, Avropa Şurası Anti-diskriminasiya Departamentinin bölmə rəhbəri Stefano Valenti tədbirə videokonfrans formatında qoşularaq çıxış ediblər.

Ombudsman Səbinə Əliyeva açılış nitqi ilə çıxışı zamanı qonaqları salamlayıb və milli insan hüquqları təsisatlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının vacibliyinə toxunub.

Tədbirin Beynəlxalq İnsan Hüquqları Gününə həsr edildiyini bildirən Ombudsman Vətən müharibəsində qazanılan zəfərin artıq məcburi köçkün vətəndaşlarımızın fundamental insan hüquqlarının təmininə zəmin yaratdığını vurğulayıb. 

S.Əliyeva nəzərə çatdırıb ki, pandemiya dövründə insanların Ombudsman təsisatına müraciət etməsi üçün imkanlar genişləndirilib. Bununla yanaşı, Ombudsman Aparatında şəhid ailələri və müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlar kimi həssas əhali qruplarının hüquqları ilə bağlı ayrıca sektorlar yaradıldığı, bu sahədə vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq edildiyi qeyd olunub. 

Tədbirdə Ombudsmanın GIZ ilə əməkdaşlığı çərçivəsində aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün Ombudsman Aparatının təlimçi ekspertləri tərəfindən yaxşı idarəçiliyin təbliği ilə bağlı Quba, Şəki, Lənkəran və Gəncədə keçirilmiş təlimlərin yekunlarına dair müzakirə aparılıb. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 334 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi