18 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/12/2021 Prezidentdən müharibə əlillərinə daha bir qayğı. Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək


Yeni sosial islahatlar – 2022

Prezidentdən müharibə əlillərinə daha bir qayğı

Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək

Birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin

dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyevin yeni Fərmanı Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğısının daha bir təzahürüdür.

Fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə ilə təmin olunacaq:

I dərəcə əlilliyə görə - 8 800 manat;

II dərəcə əlilliyə görə - 6 600 manat;

III dərəcə əlilliyə görə - 4 400 manat;

Fərmana əsasən sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına ödənişlər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

Birdəfəlik ödəmə həmin məbləğlərdə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə və müdafiə, daxili işlər, ədliyyə nazirlərinin müavinlərindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəislərinin müavinlərindən, Dövlət Sığorta Kommersiya Şirkəti sədrindən ibarət  Komissiya yaradılıb.

Komissiyanın təklifləri əsasında Nazirlər Kabineti birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq edəcək.

Ödənişlər nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək.

Aidyyəti qurumlar birdəfəlik ödəmə veriləcək şəxslərin siyahısını müəyyən etmək məqsədilə müvafiq məlumatları iki ay müddətində, Ədliyyə Nazirliyi  sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan şəxslərin, Dövlət Sığorta Kommersiya Şirkəti isə qeyd edilən kateqoriyalara aid olan və sığorta ödənişi verilmiş şəxslərin siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanla birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Birdəflik ödəmə 17-20 min şəxsi əhatə edəcək.

Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

 

Əlil Təşkilatları İttifaqı

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1136 dəfə oxunub




Flag Counter






» 17/8/2022- “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

» 17/8/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyasına dəstək məqsədi ilə ictimaishura.az saytından istifadə haqqında video təlimat

» 16/8/2022- Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

» 15/8/2022- 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 13/8/2022- Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb

» 13/8/2022- Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

» 12/8/2022- 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”